Azərbaycan İdeyası

Ağsu rayonunda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib

Tarix:1-10-2025, 22:31
Baxış Sayı:3

Ağsu rayonunda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib

Ağsu rayonunda 1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. 
Xebercimedia.az xəbər verir ki, Öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.
RİH başçısı Rövşən Bağırov Ağsu rayon Prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb.
Ağsu rayon Prokuroru Elnur Cəfərov çıxışında Prezident cənab İlham Əliyevin prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında geniş və ətraflı məlumat verib. Qeyd edib ki, dövlət səviyyəsində prokurorluq orqanlarına yüksək etimad göstərilir, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Vurğulayıb ki, dövlətə, Azərbaycan xalqına hər zaman sadiqlik nümayiş etdirən prokurorluq orqanları bundan sonra da üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirəcəkdir.

Bu əlamətdar gün münasibətilə Xebercimedia.az-ın rəhbəri Rüstəm Zaidoğlu və Bia.az-ın baş redaktoru Ədalət Nəbibəyli adından Ağsu Rayon Prokurorluğunun bütün əməkdaşlarını səmimi-qəlbdən təbrik edirik. Sizə möhkəm can sağlığı, peşə fəaliyyətinizdə uğurlar, dövlətçiliyimizin qorunmasında və ədalətin təmin edilməsində yeni-yeni nailiyyətlər arzulayırıq. Qoy hər bir işinizdə doğru qərarlar qəbul edilsin, Azərbaycan prokurorluğunun adını daim uca səviyyədə qoruyasınız.

Peşə bayramınız mübarək olsun!




[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Etibarlı Tikintinin Ünvanı – Ədalət Müəllimin Peşəkar Fəaliyyəti
Etibarlı Tikintinin Ünvanı – Ədalət Müəllimin Peşəkar Fəaliyyəti
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi