Azərbaycan İdeyası

Universitet–sənaye əməkdaşlığının praktiki nümunəsi: MDU tələbələrinin dərsləri “Azərbaycan İES” MMC-də keçirilir

Tarix:29-09-2025, 22:53
Baxış Sayı:9

Mingəçevir Dövlət Universitetinin (MDU) Energetika mühəndisliyi ixtisasında təhsil alan EnM24 qrupunun tələbələri növbəti dərslərini “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzində keçiriblər.
Xebercimedia.az verir ki, Dərs MDU-nun Energetika kafedrasının müəllimi və “Azərbaycan İES” MMC-nin əməkdaşı olan Qədir Məmmədli tərəfindən “Elektrik maşınları” fənnindən “Transformator və rejimləri” mövzusunda aparılıb. Tələbələrə transformatorların quruluşu, iş prinsipləri və müxtəlif rejimlərdə tətbiqi ilə bağlı nəzəri biliklər təqdim olunub, həmçinin istehsalat şəraitində onların praktiki tətbiqi izah edilib.
Bu dərs MDU ilə “Azərbaycan İES” MMC arasında qurulan universitet-sənaye əməkdaşlığının real nəticələrindən biri kimi diqqət çəkir. Qeyd edək ki, tərəflər arasında 2025-ci ilin iyul ayında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum sənaye yönümlü ixtisaslar – xüsusilə Energetika mühəndisliyi və Elektrik və elektronika mühəndisliyi – üzrə peşəkar kadrların hazırlanmasını, təhsilin istehsalatla inteqrasiyasını, elmi-tədqiqat fəaliyyətlərinin təşviqini hədəfləyir.
Əməkdaşlıq çərçivəsində tələbələrin stansiyada istehsalat təcrübəsi keçməsi, dərslərin praktiki hissəsinin Tədris Mərkəzində təşkili, müəssisə mütəxəssislərinin tədris prosesinə cəlb olunması və universitet müəllimlərinin istehsalat prosesinə inteqrasiyası nəzərdə tutulur. Bundan əlavə, birgə elmi-tədqiqat layihələrinin icrası, magistrlik dissertasiyalarının stansiyanın ehtiyaclarına uyğun müəyyənləşdirilməsi və innovativ həllərin hazırlanması planlaşdırılır.
Qeyd edək ki, MDU tələbələrinin “Azərbaycan İES” MMC-də keçdikləri bu dərs universitet-sənaye əməkdaşlığının praktiki müstəviyə keçdiyinin, eyni zamanda energetika sahəsində peşəkar kadrların hazırlanmasına verilən xüsusi önəmin göstəricisidir.




[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr