Azərbaycan İdeyası

Zaur müəllim: Praqmatik xarici siyasət kursu

Tarix:10-09-2024, 12:44
Baxış Sayı:37

Saleh Məmmədov: Ümummilli lider Heydər Əliyev – 100 » Xezerinformasiya.com

Biləcəri Yol istismar İdarəsinin müdiri Zaur müəllim - “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinə xüsusilə diqqət çəkib. Dövlət başçısı xatırladıb ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklikdir.

Ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət etmir.

Prezident İlham Əliyev qeyd edib ki, işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabr ayında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Azərbaycan öz nümunəsi ilə nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər.

Beynəlxalq Forumda Prezident İlham Əliyev həmçinin açıqlayıb ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfə Cənubi Qafqazda sülhə nail olmaq mümkündür. Belə ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır.

Çernobbio Forumunda Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışır. Qlobal Cənub və Qlobal Şimal arasında körpülərin qurulması mümkündür. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyi onu nümayiş etdirir ki, Azərbaycan yaxşı nəticə hasil edə biləcək ölkədir. Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan iki ay sonra BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək. Bununla bağlı qərar ötən ilin dekabr ayında verilib və bu mötəbər konfransa hazırlıq üçün bir ildən az vaxt var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Sözügedən amil Azərbaycana olan etibarın təzahürüdür.

Forumda Prezident İlham Əliyev, həmçinin Rusiya-Ukrayna münaqişəsinə də münasibət bildirərək qeyd edib ki, bu ölkələrlə yanaşı, Azərbaycan 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olub. Ölkəmizin xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətləri var. Bu gün Azərbaycanın Rusiya və Ukrayna ilə çox yaxşı münasibətləri var. Azərbaycan Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyir.

Beləliklə, bütün bu amillər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya birliyinə uğurla inteqrasiya etdiyini, bunun fonunda strateji tərəfdaşların getdikcə artdığını, əməkdaşlıq perspektivlərinin daha da gücləndiyini sübut edir. Praqmatik xarici siyasət kursu nəticəsində Azərbaycanın böyük dividendlər qazanması gələcəkdə bütün sahələrdə ölkəmizə daha böyük uğurlar vəd edir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tramp yeni ərazi iddiasında- Təhlükəsizlik üçün nəzarətimizdə olmalıdır
Tramp yeni ərazi iddiasında- Təhlükəsizlik üçün nəzarətimizdə olmalıdır
Sabah Azərbaycanda hava yağmursuz keçəcək - PROQNOZ
Sabah Azərbaycanda hava yağmursuz keçəcək - PROQNOZ
Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlanıb
Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlanıb
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub