Azərbaycan İdeyası

Respublikamızın şəhər və rayonlarında yaşayan uşaqlara bayram hədiyyələri verilib -Fotolar

Tarix:29-12-2024, 12:12
Baxış Sayı:6

Respublikamızın şəhər və rayonlarında yaşayan uşaqlara bayram hədiyyələri verilib -Fotolar

Gələcəyimiz olan uşaqların qayğısına qalmaq, onların sağlam mühitdə böyümələri, bilikli, Vətənə layiqli övlad kimi yetişmələri dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətə əsaslanaraq Azərbaycan həmkarlar ittifaqları da müntəzəm olaraq, o cümlədən bayramlar ərəfəsində uşaqlarla, xüsusilə şəhid və qazi övladları ilə görüşlər keçirir, bayram sevincini bölüşür.

Bu ənənə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində də davam etdirilib. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar qarşıdan gələn bayramlarla əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında uşaqları, eləcə də ittifaq üzvlərinin övladlarını müxtəlif hədiyyələrlə sevindirib.
Tədbirlər Həmrəylik Gününü və Yeni ili öz ata-baba yurdunda qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib.
Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin şagirdləri üçün keçirilən tədbirdə AHİK sədrinin müavini Hikmət Osmanov bayramları doğma torpaqlarda qarşılamağın böyük qürur doğurduğunu vurğulayıb, məktəbliləri bayram münasibətilə təbrik edib.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Ülvi Heydərov Yeni il bayramını Şuşada qarşılayan fidanların öz yurdlarında təhsil almaları, hərtərəfli yetişmələri üçün yaradılmış şəraitdən, AHİK-in üzvü Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova isə Heydər Əliyev Fondunun böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunması üçün həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.
Xankəndi şəhərindəki Nizami Gəncəvi adına 4 №-li tam orta məktəbdə keçirilən görüşdə AHİK sədrinin müavini Qəzənfər Abdullayev uşaqları təbrik edib, bayram tədbirlərinin davamlı olacağını diqqətə çatdırıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhrəmanov ölkəmizdə uşaqların inkişafı və hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edib, bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətini vurğulayıb.
Xocalı şəhər 1 №-li tam orta məktəbdə də şagirdlər üçün bayram tədbiri təşkil olunub. AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev uşaqların yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi, əsl vətənpərvər kimi formalaşması istiqamətində dövlətimizin gördüyü işləri qeyd edib.
Tədbirlərdə uşaqlar vətənpərvərlik mövzusunda və bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər. Sonra AHİK tərəfindən uşaqlara bayram sovqatları paylanılıb.

AHİK nümayəndələri həmçinin Cəbrayıl, Füzuli, Zəngilan və Laçın rayonlarında da uşaqlarla görüşərək onları bayram hədiyyələri ilə sevindiriblər.
Naxçıvan Muxtar Respublikasında da uşaqlarla bayram görüşü keçirilib, təbriklər səslənib. Tədbirdə balacalara AHİK-in hədiyyələri verilib.
Qeyd edək ki, Konfederasiya tərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov