Azərbaycan İdeyası

Bir uşağın məktəbəqədər təhsili üçün aylıq xərci dövlətin verdiyi puldan 6 dəfə çoxdur - Nazir

Tarix:13-11-2025, 13:48
Baxış Sayı:1

Bir uşağın məktəbəqədər təhsili üçün aylıq xərci dövlətin verdiyi puldan 6 dəfə çoxdur - Nazir

“Azərbaycanda bir uşağın məktəbəqədər təhsili üçün ümumi aylıq xərc təxminən 600 manat təşkil edir, dövlət isə bunun cəmi 100 manatını maliyyələşdirir. Buna görə də bütün uşaqların xərclərinin tam şəkildə dövlət tərəfindən ödənilməsi real deyil”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, mövcud yanaşma dəyişdirilməli və daha səmərəli modelə keçilməlidir.
“Dünyanın heç bir ölkəsində dövlət bütün uşaqların məktəbəqədər təhsil haqqını tam şəkildə ödəmir. Ona görə də biz daha optimal, hədəfli modellərdən istifadə etməliyik”,  - o vurğulayıb.
Nazir bildirib ki, hazırda tətbiq edilən ictimai məktəbəqədər təhsil modeli xərclərin daha səmərəli bölüşdürülməsinə imkan verir.  Bu mexanizm çərçivəsində 25 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb olunub və bu say ilbəil artır.

Nazir əlavə edib ki, tam dövlət subsidiyası ilə bir uşağın yerinə xərc olunan vəsaitlə eyni zamanda səkkiz uşağın ictimai model üzrə məktəbəqədər təhsili təşkil edilə bilir: “Bu isə həm resursların daha rasional istifadəsinə, həm də əhatə dairəsinin genişlənməsinə imkan yaradır.
Son beş ildə məktəbəqədər təhsil sahəsinə qoyulan investisiyalar 100 milyon manata yaxın artırılıb, ölkə üzrə isə təxminən 100 min yeni məktəbəqədər yer yaradılıb”.
Nazir qeyd edib ki, özəl məktəbəqədər müəssisələrin subsidiyalaşdırılması da genişləndirilir: “Dövlət bu modeldə hər uşaq üçün təxminən 45 manat ödəyir, valideyn isə ödənişin yalnız kiçik bir hissəsini qarşılayır”. 

Əmrullayev deyib ki, bu mexanizm sayəsində növbəti illərdə ictimai model üzrə təhsil alan uşaqların sayı 30 minə çatacaq.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Vüqar müəllim: 20 Yanvar – Azadlıq Yolunda Axan Qan, Müstəqil Azərbaycanın Qürur Tarixi
Vüqar müəllim: 20 Yanvar – Azadlıq Yolunda Axan Qan, Müstəqil Azərbaycanın Qürur Tarixi
Xalqın Etimadını Daşıyan Dövlət Adamı – Milli Məclisin Deputatı Ülvi Quliyev və 2026-cı İl Üfüqləri
Xalqın Etimadını Daşıyan Dövlət Adamı – Milli Məclisin Deputatı Ülvi Quliyev və 2026-cı İl Üfüqləri
Şəhər İnfrastrukturunun Etibarlı Dayağı – Yasamal Lifttəmir İstehsalat Birliyinin Müdiri İlham müəllim
Şəhər İnfrastrukturunun Etibarlı Dayağı – Yasamal Lifttəmir İstehsalat Birliyinin Müdiri İlham müəllim
Hicran Şərifov: Sosial rifahın və dayanıqlı inkişafın əsas göstəricisi
Hicran Şərifov: Sosial rifahın və dayanıqlı inkişafın əsas göstəricisi
Tahir Abbasov: Su təhlükəsizliyi - milli prioritetlər fonunda strateji məsələ
Tahir Abbasov: Su təhlükəsizliyi - milli prioritetlər fonunda strateji məsələ
Gülüstan Vəliyeva: Su təhlükəsizliyi - uğurlar fonunda yeni strateji hədəflər
Gülüstan Vəliyeva: Su təhlükəsizliyi - uğurlar fonunda yeni strateji hədəflər
NATO “Trampın adası”na qoşun yeridir: Avropa Birliyi isə ABŞ-ı sanksiyalarla “vuracaq”
NATO “Trampın adası”na qoşun yeridir: Avropa Birliyi isə ABŞ-ı sanksiyalarla “vuracaq”
“Növbəti illərdə suya tələbin ödənilməsi daha da çətinləşəcək”
“Növbəti illərdə suya tələbin ödənilməsi daha da çətinləşəcək”