Azərbaycan İdeyası

Tahir Abbasov: Su təhlükəsizliyi - milli prioritetlər fonunda strateji məsələ

Tarix:14-01-2026, 22:42
Baxış Sayı:45

su-lazim-olan-aylarda-kesilirdi-sonra-buraxilirdi

Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə görülən işlər və qarşıda duran strateji hədəflərə nəzər yetirərəkən çox mühüm məsələlərə toxundu. Dövlət başçısı vurğuladı ki, son 20 il ərzində həyata keçirilən layihələr onu göstərir ki, əgər vaxtında addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər çox ciddi problemlər yarada bilərdi.

İnkaredilməz reallıqdır ki, dünya əhalisinin sayının artması, şirin su ehtiyatlarının azalması və digər bir sıra amillər qlobal miqyasda su təhlükəsizliyi məsələsi ətrafında müxtəlif siyasi proseslərin cərəyan etməsini şərtləndirir. Bu kontekstdə cərəyan edən proseslər, əsas etibarilə, 2 aspektdən dəyərləndirilir: birincisi, su diplomatiyasıdır ki, bu da ayrı-ayrı regionlarda müxtəlif ölkələr arasında su resurslarından istifadə, yeni su mənbələrinin aşkar olunması, mübadilə prosesi, su ticarəti və digər məsələlər ətrafında diplomatik təmasları özündə ehtiva edir. İkincisi isə “su müharibələri”dir ki, bu, su ehtiyatları uğrunda mübarizə və ayrı-ayrı ölkələr arasında mövcud ziddiyyətlərin pik həddə çataraq siyasi qarşıdurma səviyyəsinə yüksəlməsi ilə xarakterizə edilir.

Bütövlükdə, XXI əsrin geostrateji mənzərəsini müəyyənləşdirərkən su təhlükəsizliyi, su diplomatiyasi və su müharibələri anlayışları nəzərdən qaçırılmamalıdır. Çünki artıq su təhlükəsizliyi enerji təhlükəsizliyi qədər aktualdır, su diplomatiyası isə enerji diplomatiyası kimi vacib məsələlərdən biridir. Qlobal miqyasda sabitlik və inkişaf naminə su təhlükəsizliyi ilə bağlı məsələlərin ölkələrin təbii-coğrafi şəraitləri, mövcud resursları, milli maraqları və sosial-iqtisadi vəziyyətləri nəzərə alınmaqla həll olunması strateji zərurətə çevrilib.

Bütün bu reallıqlar fonunda su ehtiyatlarından səmərəli istifadə olunması, su çatışmazlığının qarşısının alınması hər bir ölkənin milli təhlükəsizlik strategiyasının mühüm istiqamətlərindən biridir.

Azərbaycanda su təhlükəsizliyinin təmini milli prioritetlər fonunda strateji vəzifələrdən  biri kimi müəyyənləşdirilib. Xüsusilə, bir tərəfdən iqlim dəyişmələri, orta temperaturun yüksəlməsi, digər tərəfdən isə ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı üzrə şəbəkələrin genişləndirilməsi nəticəsində suya tələbatın artması ölkədə su təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını daha da artırıb və bu istiqamətdə səmərəli infrastruktur layihələri uğurla həyata keçirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov