Azərbaycan İdeyası

Faiq Zeynalov: Qələbəyə aparan başlıca amil: Milli ruh, ləyaqət, Vətənə sevgi...

Tarix:24-09-2024, 10:21
Baxış Sayı:36

ilham-eliyevden-ermenistanla-munasibetlerin-normallasmasi-ile-bagli

"İnşaatçı-Neftçi" MMC-nin direktoru Faiq Zeynalov - Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, həmçinin Dövlət Suverenliyi Günü kimi təsis edildi. Dövlət başçısı suverenliyimizin bərpasının birinci ildönümünü Ağdamda, Şuşada və Xankəndidə qeyd etdi. Bu torpaqlarda açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibi ümumilikdə bütün işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə aydın təsəvvür yaratdı. Cənab İlham Əliyev, eyni zamanda, sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak etdi, müəllim və tələbə heyəti ilə görüşdü. Bu görüş mühüm çağırışlarla diqqətdə oldu.

Dövlətimizin başçısı bu reallıqlara bir daha diqqəti yönəltdi ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etdi. Bir gündən az davam edən antiterror əməliyyatları nəticəsində separatçıların kökü birdəfəlik kəsildi, Beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi: “Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir”.

Prezident İlham Əliyev “Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz” fikirləri ilə gənclərimizin vətənpərvər, milli ruhda böyümələrindən keçirdiyi qürur hissini ifadə etdi. Bir daha bu çağırışı etdi ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Biz bütün dünyaya və bu gün işğaldan əziyyət çəkən, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır. Bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir.

Azərbaycanın atdığı hər bir addım müstəqil, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin göstəricisidir. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən bizləri ayıran 4 il özündə mühüm məqamları ehtiva edir. 44 gün ərzində Azərbaycan mənfur düşmənə layiq olduğu yeri göstərdi. Bir daha sübut olundu ki, ədalət və beynəlxalq hüquq məfhumları mövcuddur, bütün məsələlər məhz bu prinsiplər əsasında həll olunur. Baxmayaraq ki, ermənilər 30 ilə yaxın işğal dövründə himayədarlarının dəstəyi əsasında bu məfhumların mövcudluğundan xəbərsiz idilər. Qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış edən Ermənistan vəziyyətin sona qədər bu şəkildə davam edəcəyini düşündüyü halda ədalət, haqq  öz sözünü dedi. Başqasının torpaqlarına göz dikən, saxta tarix yazaraq əsassız təbliğatları ilə özünü haqlı tərəf kimi göstərməyə çalışan təcavüzkar dövlət bu yanaşmasına beynəlxalq dəstəyin nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanmasına səbəb oldu.

44 günlük müharibədə şanlı ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti və fədakarlığı artıq dastana çevrilib.

Azərbaycan xalqı bu Zəfərin fonunda yenilməz, məğrur xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.  Şanlı  Qələbəmiz Azərbaycanın gələcəyi üçün möhkəm bünövrə olmaqla yanaşı, regionda dayanıqlı sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün mühüm amildir.

Azərbaycanın ötən il apardığı bir günlük lokal antiterror tədbirləri də bir sıra mühüm məqamlara işıq saldı. Belə ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Ötən il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Məhz elə bu səbəbdən lokal xarakterli antiterror tədbirlərinin görülməsi qaçılmaz oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri tam şəkildə tərksilah olunması Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir. 44 gün ərzində 30 ilin işğalına son qoyan  rəşadətli  ordumuz  bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycanın suverenliyini tam təmin etdi. Bu, Ordumuzun malik olduğu imkanların təqdimatıdır.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyev postmüharibə dövrünün əsas hədəfləri sırasında ordumuzun gücləndirilməsini xüsusi vurğulayır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun azad etdiyi torpaqlarımız cənnət məkana çevrilir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI