Azərbaycan İdeyası

Ramil Müəllim: Türk dünyası: Siyasi, iqtisadi və mədəni birliyin qlobal nümunəsi

Tarix:9-10-2025, 23:09
Baxış Sayı:62

Türk birliyinin mərkəzi: Azərbaycan qlobal gücün açarına çevrilir

Qəbələdə 7 oktyabr tarixində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bütün Türk dünyası birliyinin daha da möhkəmlənməsinə mühüm töhfələr verəcək tarixi hadisədir. Bu mötəbər tədbirdə çıxış edən Prezident İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını qeyd edib. Dövlətimizin başçısı bildirib ki, təşkilata üzv ölkələrin xalqlarını ortaq tarixi və etnik köklər, müştərək milli-mənəvi dəyərlər bir ailə kimi birləşdirir. Digər tərəfdən də bu ölkələrdə mövcud olan daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.

Bu gün dünyada müşahidə olunan proseslər bir daha təsdiq edir ki, ümumi inkişafa nail olmaq üçün sülhün və təhlükəsizliyin təmin olunması ən vacib şərtlərdən biridir. Türk Dövlətləri Təşkilatının təməl sənədi olan Naxçıvan Sazişində də məhz sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Dövlət başçımızın qeyd etdiyi kimi, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə Türk dövlətləri arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu baxımdan 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi də əlbəttə ki, mühüm əhəmiyyət kəsb edir.

İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı. Bütün bu addımlar Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən dərhal sonra irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.

Dövlətimizin başçısı çıxışında bunu da qeyd etdi ki, bu gün nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malik sahədir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına yol açıb. Azərbaycan isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olmaqla, Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır. Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri kimi açılacaq Zəngəzur dəhlizi də həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut olaraq mühüm əhəmiyyət kəsb edir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Kamal Hacıyev: Tarixin axarını dəyişən iradə – Heydər Əliyev və müasir Azərbaycanın sarsılmaz dayaqları
Kamal Hacıyev: Tarixin axarını dəyişən iradə – Heydər Əliyev və müasir Azərbaycanın sarsılmaz dayaqları
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır