Azərbaycan İdeyası

Kamaləddin Qafarov: “TDT geosiyasi mərkəz statusuna yüksəlir”

Tarix:8-10-2025, 14:26
Baxış Sayı:3

Kamaləddin Qafarov: “TDT geosiyasi mərkəz statusuna yüksəlir”

“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü təkcə dost və qardaş xalqların növbəti görüşü deyil, eyni zamanda, türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm tarixi hadisə kimi dəyərləndirilə bilər. Cənab Prezident İlham Əliyevin bu Zirvə toplantısındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan türk dövlətləri arasında həm siyasi nüfuzu, həm iqtisadi gücü, həm də diplomatik çevikliyi ilə bu birliyin aparıcı dayaqlarından biridir. Onun sözləri bir konsepsiyanı təsdiqlədi: artıq Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, geosiyasi mərkəz statusuna yüksəlir.”

Bu sözləri mətbuata bəyanatında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, türk xalqlarının ortaq tarixi, etnik və mənəvi dəyərlərə sahib olduqları barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir: “Dövlət başçısının çıxışında türk xalqlarını bir ailə kimi birləşdirən dəyərlərlə bağlı ifadə olunan fikirlər əslində türk dünyasının tarixi inkişaf konsepsiyasının qısa xülasəsi idi. Bu birlik coğrafi sərhədləri aşan ideya olmaqla yanaşı, müstəqil inkişaf yolunu seçmiş ölkələrin qarşılıqlı hörmət və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq modelidir. Azərbaycan bu birliyin iqtisadi və siyasi təməllərinin möhkəmlənməsi üçün konkret addımlar atır. Katibliyin hesabına 2 milyon ABŞ dolları ianənin köçürülməsi də məhz bu istiqamətdə praktiki dəstəyin ifadəsidir. Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə artan nüfuzu həm qlobal, həm də regional güc balansında yeni reallıqlar yaradır. Daxili sabitlik, demoqrafik üstünlük, strateji resurslar və artan hərbi potensial təşkilatı qlobal arenada etibarlı aktora çevirir. Cənab Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, bu gün türk dünyası təkcə tarixi bağlarla deyil, həm də müasir çağırışlara çevik cavab vermək bacarığı ilə seçilir. Bu, birliyimizin davamlılığını təmin edən əsas amildir.”

K. Qafarov Azərbaycanın təşkilat çərçivəsində həyata keçirdiyi təşəbbüslərin həm də ölkəmizin müstəqil və praqmatik xarici siyasət xəttinin uğurlu nəticəsi olduğunu da vurğulayıb: “Şuşada, Budapeştdə və bu dəfə Qəbələdə keçirilən zirvə görüşləri türk həmrəyliyinin yeni mərhələsini formalaşdırır. Məhz cənab Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində TDT- də həm siyasi, həm də iqtisadi inteqrasiyanın konturları daha dəqiq müəyyənləşir. Dövlətimizin başçısı təşkilatı “vahid güc mərkəzi” kimi təqdim etməklə türk dünyasının strateji məqsədini açıq şəkildə ifadə etdi. Bu gün türk dövlətlərinin birliyi yalnız etnik və mədəni ideya deyil, həm də iqtisadi və təhlükəsizlik baxımından yeni əməkdaşlıq modelidir. Azərbaycanın təcrübəsi göstərir ki, milli maraqları qorumaqla, eyni zamanda, ortaq mənafeyə xidmət etmək mümkündür. Bu model türk birliyinin dayanıqlı gələcəyinə inamı artırır. Qəbələdə səslənən fikirlər isə bir daha təsdiq etdi ki, türk dünyasının sabahı birgə gücdə və qarşılıqlı etimadda olmaqla, strateji həmrəyliyə söykənir.”

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov