Azərbaycan İdeyası

İranın artan “Zəngəzur sancısının” səbəbi - Vaşinqtona mesaj

Tarix:9-09-2024, 09:49
Baxış Sayı:3

İranın artan “Zəngəzur sancısının” səbəbi - Vaşinqtona mesaj

“The Wall Street Journal” yüksək rütbəli Amerika və Avropa rəsmilərinə istinadən yazır ki, İran Rusiyaya bir neçə yüz qısa mənzilli ballistik raketlər verib. Mənbələrdən biri aydınlaşdırıb ki, silahlar artıq Rusiya Federasiyasına gəlib.

Maraqlısı odur ki, bu raketlər İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") sabiq komandanı, İran Məsləhət Şurasının üzvü general Möhsün Rezayinin Zəngəzur dəhlizinə görə Rusiya xarici işlər nazirini sərt tənqid etdiyi vaxtda həyata keçirilib:

“Rusiya dövlət xadiminin davranışı qəbuledilməzdir və İranla dostluq bəyanatı ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu anlaşılmazlıqlar aradan qaldırılmalıdır”.

Söhbət Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı üçtərəfli sazişi sabotaj etməsi ilə bağlı bəyanatından gedir. Bəziləri bu gərginliyi hətta İran-Rusiya yaxınlaşmasının sona çatmaslı kimi dəyərləndiriblər.

Yada salaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi "X" səhifəsində bildirib ki, regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, həm də ölkəsinin milli təhlükəsizliyinin sütunlarındandır:

“Regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, milli təhlükəsizliyimizin sütunlarıdır. Şimaldan, cənubdan, şərqdən və ya qərbdən qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması qəbuledilməzdir. Bu, İranın "qırmızı xətti"dir”. Anti-Azərbaycan çıxışları ilə tanınan İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani nazirindən qabağa gedərək "region araqarışdırıcısı" rolunu yenə oynayıb. O, Azərbaycanı nəzərdə tutaraq Zəngəzur yolunun açılması barədə deyib: “Bəzilərinin Sünikdən (Zəngəzur mahalını nəzərdə tutur- red.) keçən qondarma dəhlizlə bağlı arzu və istəkləri reallaşmayacaq. Qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”.

Haqqın.az xəbər verir ki, Zəngəzur dəhlizi mövzusu İranın yeni hakimiyyətinin və Nazirlər Kabinetinin gündəmində ən aktual mövzuya çevrilməsi səbəbsiz deyil.

“İndi İranın kifayət qədər başqa, daha vacib problemləri var və digər coğrafi yerlərdə - İraqdan Pakistana, Livan təpələrindən Yəmənin qumlarına qədər gərginlik nöqtələri var. İran elitasının diqqəti son prezident seçkilərinin nəticələri ilə islahatçılarla mühafizəkarlar arasında balansın əldə olunmasına yönəlib. Bu aktual mövzular gündəmdə varkən “Zəngəzur məsələsi” İran elitasının heç də kəskin qərarlar verməli olduğu mövzu deyil. Rusiya Federasiyası ilə gərginlik yaradan İran amerikalılara belə mesaj vermiş olur: “Rusiya ilə münasibətlər bizim üçün çox da önəmli deyil, bunu nəzərə almanızı xahiş edirik...”

Sayt təhlilində yazır ki, Zəngəzur dəhlizi Tehran üçün ağrılı mövzudur, amma indi yox: “Və sonra ikinci sual yaranır: bu qalmaqalı indi qabartmaq Tehranın nəyinə lazımdır? Mesajın əsas alıcısı Vaşinqtondur, çünki Tehran üçün əsas Rusiya deyil, Qərblə münasibətlərdir. Zəngəzur dəhlizi ilə bağlı qalmaqala başlayan İran amerikalılara açıq-aşkar bunu demək istəyir: “Rusiya ilə münasibətlər bizim üçün o qədər də vacib deyil, sizdən bunu nəzərə almanızı, həmçinin bizə Rusiya ilə münasibətləri soyudacaımız təqdirdə nə verə biləcəyinizin təxmini siyahısını tərtib etməyinizi xahiş edirik...”

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov