Elsevər Heydərov - Hər bir ölkənin inkişafında Lider amili əsasdır. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi Prezidenti vardı. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli Liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Ulu Öndər Heydər Əliyevi yekdilliklə sədr seçmişdir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Dahi şəxsiyyətin hakimiyyətinin ikinci dövrü, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı da Azərbaycanın həyatında yeni mərhələnin əsası oldu. Azərbaycanın 1993-cü ildən bugünədək bütün sahələrdə sürətli inkişafını, üzləşdiyi hər bir çətinlikdən uğurla çıxmasını şərtləndirən əsas amil düşünülmüş və məqsədyönlü siyasət, bu xəttin uğurlu davamıdır. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, həyatının mənasını ancaq xalqa sədaqətlə xidmətdə görür. Onun üçün ən böyük mükafat xalqın etimadını doğrultmaq idi. Müstəqil inkişaf tariximiz məhz Onun 1993-cü ildə hakimiyyətə qayıdışından başladı. Bu inkişaf yolumuz 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə biri-birindən möhtəşəm uğurlara imza atmağımızı təmin edir. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın davamlı uğurlarını şərtləndirdi. Dahi şəxsiyyət Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı Zəfərdən Zəfərə aparır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu uğurların zirvəsidir. Hazırda azadlığına qovuşmuş torpalarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ərazi bütövlüyümüzün təmin olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. Məğrur, yenilməz xalq olduğumuzu dünyaya bir daha bəyan etdik. Qalib ölkənin vətəndaşı olmaq böyük xoşbətlikdir. Azərbaycanın bugününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqaysə etdikdə Ulu Öndər Heydər Əliyevin hakimiyyyətə qayıdışının ölkəmizə qazandırdığı uğurların miqyasının nə qədər böyük olduğunu görürük. O illərdə müstəqilliyini itirmək təhlükəsini yaşayan Azərbaycan bu gün müstəqil siyasəti ilə qürur duyur, tarixi törpaqlarına qovuşaraq qalib ölkə kimi tanınır. Bu yol bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]