Azərbaycan İdeyası

Vüsal Novruzov: Azərbaycan öz gücünü bütün dünyaya göstərdi

Tarix:11-11-2024, 13:58
Baxış Sayı:49

Dr.Afər Allahverdiyev: Qalib Azərbaycanın Zəfər günü

Vüsal Novruzov - Birinci Qarabağ müharibəsi dövründə bir milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, xalqımız soyqırıma məruz qalıb, minlərlə vətəndaşımız həyatını itirib, infrastruktur, o cümlədən yollar, elektrik şəbəkələri, su təchizatı sistemləri dağıdılıb. Həmçinin, mədəni irsimiz, tarixi abidələr, məscidlər və digər mədəniyyət nümunələri məhv edilib. İşğal dövründə təbii sərvətlərimizin talan edilməsi, bu bölgə iqtisadi fəaliyyətlərin dayandırılması, kənd təsərrüfatının, turizmin və digər sahələrin tənəzzülü nəticəsində Azərbaycana ciddi ziyan dəyib. Flora və faunanın məhv edilməsi, meşələrin qırılması, su ehtiyyatlarının çirkləndirilməsi ekoloji tarazlığın pozulması kimi problemin meydana gəlməsinə səbəb olub.

30 illik işğal dövründə Azərbaycan dövləti münaqişəni beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində həll etməyə çalışsa da, ermənilər öz havadarlarından aldıqları dəstək və tapşırıqlarla atəşkəs dövründə dəfələrlə təxribatlara əl atmış, müxtəlif vaxtlarda keçmiş təmas xəttindən hücumlar təşkil etmiş, işğal etdikləri əraziləri daha da genişləndirmək xülyasına düşüblər. Lakin dövlət başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycan dünya arenasında söz sahibi olan güclü dövlətə çevrilib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə ağır zərbələr vurdu.

Müharibə müddətində Azərbaycan xalqı, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gələrək milli birliyə töhfə verdilər. Sosial media və digər kommunikasiya vasitələri ilə cəmiyyətin müxtəlif təbəqələri informasiya müharibəsinə qoşularaq həqiqətləri, xüsusilə Gəncə, Bərdə, Mingəçevir və digər mülki yaşayış məntəqələrinə etdikləri raket hücumlarını təhrif edərək öz xeyirlərinə dünya ictimaiyyətinə sıramağa çalışan düşmənlərə operativ və tutarlı cavablar verdilər. Xalqımız döyüşçülərimizi, cəbhəyə könüllü olaraq gedən gəncləri dəstəklədilər və onlara maddi, mənəvi yardım göstərildi. Vətən uğrunda canlarından keçən şəhidlərin son mənzilə yola salınma mərasimlərində müşahidə olunan insan izdihamı xalqın onlara necə hörmət və izzətlə yanaşdığının sübutu oldu.

Bütün atdığı addımlarda öz xalqına arxalanan cənab İlham Əliyev hərbi-siyasi arenada yüksək peşəkarlığı nəticəsində 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatları ilə münaqişəyə son qoydu. Bütün dünya xalq-ordu-iqtidar birliyi nəticəsində öz suverenliyinə qovuşan Azərbaycanın qazandığı tarixi Zəfərə şahid oldu.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov