Azərbaycan İdeyası

Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib

Tarix:22-12-2025, 09:48
Baxış Sayı:1

Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib

Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən "Harmoniya" sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Bakı Media Mərkəzinin birgə layihəsidir.

AZƏRTAC xəbər verir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak edib.

Əvvəlcə film nümayiş etdirilib. Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov film haqqında fikirlərini bölüşüb. O, ekran işində üç müxtəlif dini təmsil edən rəfiqələrin timsalında Azərbaycan xalqının müxtəlif din və xalqlara yanaşmasının ortaya qoyulduğunu bildirib: "Əsrlər, minilliklər boyu bu coğrafiyada Azərbaycan xalqı multikultural dəyərləri, bir-birinə hörməti, çiyin-çiyinə yaşamağı, adət-ənənəni növbəti nəsillərə ötürmək kimi çox möhtəşəm bir xüsusiyyəti özündə yaşadır. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birlikdə yaşayır, fəaliyyət göstərir, yaradır. Təbii ki, bu, Azərbaycan xalqının müdrikliyinin ən bariz nümunələrindən biridir". Komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində multikultural dəyərlər Azərbaycan xalqının adət-ənənəsi kimi qalmadı. O, işğaldan azad edilən ərazilərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində bütün ibadət yerlərinin bərpa olunduğunu da diqqətə çatdırıb.

Ekran işinin quruluşçu rejissoru və ssenari müəlliflərindən biri Fuad Məmmədzadə filmin əsas qəhrəmanları olan Nigar, Cəmilə və Sofiya obrazlarının əsasında Azərbaycan üçün təbii olan bir reallığı çatdırmaq istədiklərini deyib.

"Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada eyni zamanda müsəlman, yəhudi və xristianlar vahid ailə kimi yaşayır. Biz həmin xanımların timsalında bir mesaj vermək istəyirik ki, bu, həqiqətən də mümkündür", - deyə o bildirib.

Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsal etdiyi sənədli film Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışı üçün yaradılmış imkanlar, dinlərarası harmoniyanın təbliği məqsədilə hazırlanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operatoru Ziya Babayev və bəstəkarı Hafiz İbrahimlidir.

Çəkilişlər Azərbaycanın müxtəlif bölgələrindəki dini ibadətgahlarda, eyni zamanda, ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə noyabrın 5-də Bakıda keçirilən "Fərqliliyin rəngi" festivalında aparılıb.

Film fərqli din mənsubu olan üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətlərinin nümunəsində ölkəmizdəki tolerant mühiti işıqlandırır. Onların yaşayış tərzi, ailə münasibətləri, dini ibadətləri və dostluq əlaqələri fonunda Azərbaycanda hökm sürən qarşılıqlı anlayış, etimad və mədəni müxtəliflik mühiti tamaşaçıya çatdırılır.

Qəhrəmanların ailə həyatları, ibadətləri və illərlə davam edən münasibətləri onların mədəni müxtəliflik və sülh şəraitində yaşadıqlarını nümayiş etdirir. Sənədli film vasitəsilə cəmiyyətdə tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlərin təbliği, eyni zamanda, ölkəmizin dinlərarası harmoniyanın qorunması və inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin mahiyyəti diqqətə çatdırılır.

Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən "Hədəf Bakıdır", "Miras", "Tağıyev", "Son iclas", "Əbədi ezamiyyət", "Biz" və "Şuşa, sən azadsan!" kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib. "Harmoniya" sənədli filmi də "Bir günəş altında" sənədli filmindən sonra Azərbaycanda multikulturalizm ənənəsinin gündəlik həyatdakı təzahürlərini real insan hekayələri ilə əks etdirən ekran işidir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xalqın Etimadını Daşıyan Dövlət Adamı – Milli Məclisin Deputatı Ülvi Quliyev və 2026-cı İl Üfüqləri
Xalqın Etimadını Daşıyan Dövlət Adamı – Milli Məclisin Deputatı Ülvi Quliyev və 2026-cı İl Üfüqləri
Şəhər İnfrastrukturunun Etibarlı Dayağı – Yasamal Lifttəmir İstehsalat Birliyinin Müdiri İlham müəllim
Şəhər İnfrastrukturunun Etibarlı Dayağı – Yasamal Lifttəmir İstehsalat Birliyinin Müdiri İlham müəllim
Hicran Şərifov: Sosial rifahın və dayanıqlı inkişafın əsas göstəricisi
Hicran Şərifov: Sosial rifahın və dayanıqlı inkişafın əsas göstəricisi
Tahir Abbasov: Su təhlükəsizliyi - milli prioritetlər fonunda strateji məsələ
Tahir Abbasov: Su təhlükəsizliyi - milli prioritetlər fonunda strateji məsələ
Gülüstan Vəliyeva: Su təhlükəsizliyi - uğurlar fonunda yeni strateji hədəflər
Gülüstan Vəliyeva: Su təhlükəsizliyi - uğurlar fonunda yeni strateji hədəflər
NATO “Trampın adası”na qoşun yeridir: Avropa Birliyi isə ABŞ-ı sanksiyalarla “vuracaq”
NATO “Trampın adası”na qoşun yeridir: Avropa Birliyi isə ABŞ-ı sanksiyalarla “vuracaq”
“Növbəti illərdə suya tələbin ödənilməsi daha da çətinləşəcək”
“Növbəti illərdə suya tələbin ödənilməsi daha da çətinləşəcək”
“Tramp Marşrutu”na dair birgə bəyənat imzalayacaqlar
“Tramp Marşrutu”na dair birgə bəyənat imzalayacaqlar