Azərbaycan İdeyası

Benzinin qiyməti ilə bağlı nazirlik rəsmisindən açıqlama

Tarix:19-11-2024, 10:57
Baxış Sayı:4

Benzinin qiyməti ilə bağlı nazirlik rəsmisindən açıqlama

Bu gün Azərbaycan Aİ-95 və Aİ-98 markalı benzini dünya bazarından aldığından bunlar qiyməti hökumət tərəfindən tənzimlənməyən enerji resursu hesab olunur.

Bu barədə açıqlama verən Milli Məclisi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deputatların qiyməti tənzimlənən və tənzimlənməyən enerji resurları ilə bağlı qaldırdığı məsələyə aydınlıq gətirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, Aİ-98 və Aİ-95 xaricdən alındığından onun qiymətinin tənzimlənməsi mümkün deyil. 

“Ona görə də bu məhsulların qiyməti tənzimlənmir. Amma Aİ-92, dizel Azərbaycanda istehsal olunduğundan onların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir”, - Qurbanov qeyd edib.

Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov isə bildirib ki, əvvəllər bütün enerji növləri Tarif Şurası tərəfindən tənzimlənirdi və bu siyahı geniş idi. “Amma sonradan bu siyahı azaldıldı. Səbəb də bəzi  yanacaqların xaricdən alınmasıdır. Amma Nazirlər Kabineti Aİ-95 benzinin tənzimlənən qiymətlər arasında yer alması istiqamətində iş aparır. Ümid edirəm ki, bu məsələ qısa zamanda həllini tapacaq və tənzimlənən qiymətlər arasında yer alacaq”, - Qurbanov qeyd edib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elm, Təhsil və Zəhmətlə Yazılan Ömür Yolu – Zəfər Qurbanov
Elm, Təhsil və Zəhmətlə Yazılan Ömür Yolu – Zəfər Qurbanov
Peşəyə Açılan Qapıda Yeni Tədris İli – Azad Dibirovun Rəhbərliyi ilə Yeni Hədəflərə Doğru
Peşəyə Açılan Qapıda Yeni Tədris İli – Azad Dibirovun Rəhbərliyi ilə Yeni Hədəflərə Doğru
Mehi Həsənov: 20 sentyabr – Zəfərdən Böyük Qayıdışa
Mehi Həsənov: 20 sentyabr – Zəfərdən Böyük Qayıdışa
Bələdiyyə İşində Məsuliyyət və Vətəndaşa Diqqət – Qüdrəddin Verdixanov
Bələdiyyə İşində Məsuliyyət və Vətəndaşa Diqqət – Qüdrəddin Verdixanov
Uşaq Sağlamlığına Həsr Olunan Peşəkar Ömür – Cəmilə Talıbova
Uşaq Sağlamlığına Həsr Olunan Peşəkar Ömür – Cəmilə Talıbova
Münasib Qurbanov: Azərbaycan möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı
Münasib Qurbanov: Azərbaycan möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı
Çörəyin Süfrəyə Gələn Yolunda Məsuliyyət və Zəhmət – Məhərrəm Şəfiyev
Çörəyin Süfrəyə Gələn Yolunda Məsuliyyət və Zəhmət – Məhərrəm Şəfiyev
Tibb və təhsilin kəsişməsində yeni mərhələ – İlkin İsmayılov Qarabağ Universitetində
Tibb və təhsilin kəsişməsində yeni mərhələ – İlkin İsmayılov Qarabağ Universitetində