Azərbaycan İdeyası

Kremldən Tehranın “Zəngəzur dəhlizi”nə qarşı çıxmasına reaksiya

Tarix:29-08-2024, 12:09
Baxış Sayı:6

Kremldən Tehranın “Zəngəzur dəhlizi”nə qarşı çıxmasına reaksiya

Moskvanın Bakı ilə İrəvan arasında əlaqələrin açılması ilə bağlı mövqeyi hamıya məlumdur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zəngəzur dəhlizi”nin tikintisi ideyası və Tehranın bu məsələ ilə bağlı mövqeyini şərh edərkən deyib.

“Biz ondan çıxış edirik ki, müvafiq razılaşmalar həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşu dövlətlərin Rusiya, Türkiyə və  İranın da maraqlarına cavab verən şəkildə  həllini tapacaq", - Zaxarova bildirib.

Əlavə edib ki, Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan marşrut bir sıra digər marşrutlarla yanaşı, Azərbaycanda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bağlanması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilir. 

"İran rəsmilərinin  “Zəngəzur dəhlizi” ideyasından narahatlığını ifadə edən və buna uyğun olaraq bu yanaşmanın, bu münasibətin səbəblərini izah edən bəyanatların şahidi olduq. Mənə elə gəlir ki, siz bu məsələ ilə bağlı Tehranla əlaqə saxlamalısınız”, - Zaxarova qeyd edib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov