Azərbaycan İdeyası

“Türkcəni gözəl danışanları dinləmək üçün Azərbaycana gedəcəyik” – İlbər Ortaylı

Tarix:29-09-2025, 16:00
Baxış Sayı:2

Tanınmış türkiyəli tarixçi-alim, Türk Tarix Qurumunun fəxri üzvü, yazıçı İlbər Ortaylı Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə 20-23 sentyabr tarixlərində Naxçıvanda səfərdə olub. Səfər çərçivəsində İlber Ortaylı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, ali təhsil ocağının rəhbər heyəti və əməkdaşları tarixi abidələri ziyarət ediblər.

Professor səfərlə bağlı paylaşım edərək, təəssüratlarını bölüşüb:

”Keçən həftə dörd gün boyunca Naxçıvanda oldum. Sevimli bir Cənubi Qafqaz şəhəri…Binaların memarlığı, şəhərin yaşıllığı, həyətyanı evlər, universitet və rəsmi binaların təvazökar, amma möhtəşəm görünüşü məni dərindən təsirləndirdi. İran, Avropa və Anadolu burada birləşir…

Amma diqqətimi çəkən başqa bir məqam da vardı: kəndlərdə belə musiqi məktəblərinin olması və Naxçıvan Dövlət Universitetinin 150 nəfərlik bir simfonik orkestrə sahib olması. Qürur duydum, heyran qaldım və istər-istəməz öz-özümə sual verdim:“Atatürkün musiqi inqilabını etdiyi ölkəmizdə niyə yoxdur?”.

Tarixçi bildirib ki, Naxçıvan mətbəxi, incəsənəti, mədəniyyəti ilə tamamilə fərqli bir ruh daşıyır:” Qafqaz, Azərbaycanın varlığı ilə formalaşır. Heydər Əliyevin dediyi kimi: “Bir millət, iki dövlət”. Hərbi, iqtisadi və diplomatik sahədə təmin edilən balans diqqətəlayiqdir. Prezidentin nümayəndəsi Fuad Nəcəfli bəy məni qəbul etdi. Bütün həmvətənləri kimi musiqi və qrammatika biliyinin gətirdiyi bir bacarıq var. İstanbul türkcəsində danışırlar. Avropa dillərinə hakimdirlər. Türk dilində verdiyi bu özəlliyi, təəssüf ki, bizim ölkəmizdəki gənclik yanlış tələffüzlə pozmaqdadır. Yəni artıq türkcəni gözəl danışanları dinləmək üçün Azərbaycana gedəcəyik.

Azərbaycan xalqı Türkiyəyə böyük bir maraqla bağlıdır; nəşrlərimiz izlənilir, tərcümələr edilir, universitet gəncliyi Türk mədəniyyətinə ürəkdən yönəlir. İki ölkə arasındakı bağların ən güclü tərəfi yalnız hərbi və iqtisadi sahələr deyil, eyni zamanda mədəniyyətdir. Bu da tarixi mirasın təbii bir nəticəsidir.

Naxçıvanın havası, suyu gözəldir. Kənd təsərrüfatı sahəsindəki problemlər əvvəlki dövrlərə nisbətən xeyli azalıb. Yollar inkişaf edib. Türkiyə ilə tarixən dərin bağlara sahibdir. Xüsusilə XV əsrdən XX əsrin əvvəllərinə qədər davam edən yaxınlıq diqqət çəkir. Bu özəlliyi hər zaman görmək və xatırlamaq lazımdır. Bu özəlliyi ilə Naxçıvan Dövlət Universiteti daim yaddaşımda nümunəvi universitetlər arasında qalacaqdır”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov