Azərbaycan İdeyası

Çip savaşı qızışır - Tayvan Vaşinqtonun yanında, Pekin hədəfdə

Tarix:25-09-2025, 13:03
Baxış Sayı:7

“Bloomberg” agentliyinin məlumatına görə, Tayvan Cənubi Afrika Respublikasına yarımkeçiriclərin ixracını dayandırıb. Tayvan yarımkeçirilərin müxtəlif ölkələrə ixracında ilk dəfə belə bir qərar verib. Tayvan hakimiyyəti bu qərarı Cənubi Afrika Respublikasının "milli və ictimai təhlükəsizliyimizi pozan" hərəkətləri ilə əlaqələndirib. Başqa sözlə Tayvanı narahat edən Cənubi Afrika Respublikasının Çinlə tərəfdaşlığı gücləndirməsidir.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Tayvan illərdir o ölkərə yarımkeçiricilərin ixracını həyata keçirir ki, həmin dövlətlər Çinlə münasibətlərdə məsafə saxlayırlar:

"Tayvan müxtəlif ölkələri qabaqcıl çiplərlə təchiz etməklə Çinin adanı ələ keçirməsinə qarşı qalxan kimi istifadə edib. Vaşinqton çip istehsalında eyni siyasətdən çıxış edir. Misal üçün Vaşinqton Niderland, Cənubi Koreya və Yaponiyaya təzyiq edib ki, bu ölkələr yarıçkeçiriclərin istehsalında Çinlə əməkdaşlıq etməsinlər".

Politoloq qeyd edib ki, Donald Tramp Prezident seçildikdən sonra Ağ Ev administrasiyası yerımkeçiricilərin istehsalına diqqəti artırıb:

"Tayvan Vaşinqtonun dəstəyini qazanmaq məqsədilə adanın ən böyük yarımkeçirici istehsalçısı olan TSMC şirkəti ABŞ-də beş yeni çip fabriki tikmək üçün 100 milyard dollar investisiya edəcəyini elan edib. Tayvan yarımkeçirici istehsalında dünya liderlərindəndir. Çiplər smartfonlardan avtomobillərə, hətta hərbi təyyarələrə qədər bir çox sahədə istifadə olunur. Donald Tramp mövzuyla bağlı çıxışlarının birində "biz ehtiyacımız olan çipləri və yarımkeçiriciləri öz ölkəmizdə istehsal etməliyik. Bu, milli təhlükəsizlik məsələsidir” ifadəsini işlədib. Tayvanın “TSMC” şirkəti  ABŞ-dəki texnologiya şirkətlərinin əsas tədarükçüsüdür. Bu şirkət ABŞ-da çip istehsal edən zavodlar tikməklə 40 min yeni iş yeri açacaq".

Elxan Şahinoğlu sonda qeyd edib ki, bununla da Tramp iki məqsədinə çatacaq - həm Amerika çip istehsalında liderliyi ələ keçirəcək, həm də xeyli iş yeri açacaq.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov