Azərbaycan İdeyası

Paşinyan: Ermənistanla Azərbaycan arasındakı növbəti müharibə…

Tarix:10-02-2025, 12:42
Baxış Sayı:2

Paşinyan: Ermənistanla Azərbaycan arasındakı növbəti müharibə…

“Azərbaycan tərəfində daha çox belə bir tezis üzərində cəmlənir ki, Ermənistan silahlanır və Azərbaycana hücuma hazırlaşır. Azərbaycanın isə özünü müdafiə etmək və qabaqlayıcı tədbirlər görmək hüququ var”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın məqaləsində deyilir.

“Bu tezislərin yaranması ilə bağlı iki versiya var: ya Azərbaycan həqiqətən də Ermənistanın ona hücum etmək niyyətində olduğunu düşünür, ya da özü hücum etmək niyyətindədir və buna zəmin yaratmağa çalışır. Hər iki halda əsas mülahizə ondan ibarətdir ki, Azərbaycan Ermənistanın Azərbaycana hücum etmək niyyətində olduğunu iddia edir”, - o qeyd edib.

Bununla belə, Paşinyan əlavə edib ki, Ermənistanın heç bir halda Azərbaycana hücum etmək niyyəti yoxdur.

“Hətta bir neçə dəfə bəyan etmişəm ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin 29743 kvadrat kilometrdən artıq hissəsi olan və hazırda Azərbaycanın işğalı altında olan ərazilərinin 200 kvadrat kilometrdən çoxunu hərbi yolla geri qaytarmaq vəzifəsini belə qarşısına qoymur, çünki bu məsələnin həlli prinsipi artıq realdır. Bu, artıq delimitasiya prosesi ilə bağlı reqlamentdə öz həllini tapıb”, - vurğulayıb.

İrəvanla Bakı arasındakı münaqişənin həl yolları haqqında mövqeyini açıqlayan Paşinyan bildirib ki, həlli yolları masa üzərindədir və Ermənistan və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində hazırlanıb: “Birincisi, sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri nəinki bir-birinə qarşı ərazi iddialarının olmaması, həm də gələcəkdə belə iddiaların təqdim olunmaması məsələsini tamamilə həll edib. Sülh müqaviləsinin razılaşdırılmış hissəsi kifayət qədər dolğundur və imzalanmağa hazırdır.

Bundan başqa, iki tərəf qarşılıqlı silahlanma nəzarəti mexanizmlərinin yaradılması və sərhəd insidentlərinin birgə araşdırılması ilə bağlı yazılı təklif təqdim edib.

Ermənistan ilə Azərbaycan arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası və Azərbaycan ilə Ermənistan arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyası normal və konstruktiv iş rejimində işləyir.

Bu günlərdə Ermənistan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar idarələrarası komissiyasının (yeri məlum deyil) və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələrinin iclası keçirilib.

Bütün bunlar o deməkdir ki, regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur, üstəlik, sülh üçün bütün ilkin şərtlər yaradılıb”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Kamal Hacıyev: Tarixin axarını dəyişən iradə – Heydər Əliyev və müasir Azərbaycanın sarsılmaz dayaqları
Kamal Hacıyev: Tarixin axarını dəyişən iradə – Heydər Əliyev və müasir Azərbaycanın sarsılmaz dayaqları
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır