Bir neçə gündür, güclü yanğınların davam etdiyi ABŞ-nin Kaliforniya ştatının Los Anceles şəhəri dünyanın diqqət mərkəzindədir.
Bu şəhər haqqında maraqlı faktları təqdim edir:
Los Anceles ABŞ-nin Nyu Yorkdan sonra ən böyük şəhəridir. Kaliforniya da isə insanların ən sıx məskunlaşdığı şəhərdir.
Əhalisinin sayı təqribən 4 milyon nəfərdir. Şəhərin keçmiş adı çox böyükdür. Bura əvvəllər "Porsiunkula çayının Mələklər Kraliçası Xanımımızın şəhəri" adlandırıb.
Bu şəhərin "L.A", "La la land", "Mələklər şəhəri" və "Böyük portağal" kimi çox sayda ləqəbləri var.
Bu gün bütün dünyada məşhur olan "hollivud" yazısı isə vaxtilə sadəcə reklam məqsədilə yerləşdirilib. 1923-cü ildən 1946-cı ilədək təpədə "Hollywoodland" yazılı lövhə var idi. Bu ad
Hollivud təpələrində tikilən mənzil layihəsi ilə bağlı cəmi 18 ay müddətinə yerləşdirilmişdi. Daha sonra yerli sakinlər lövhəsini sevdiyindən Hollivud şəklində populyarlaşıb.
Los Ancelesin ulduz səkisində 2754 məşhurun adı var.
Şəhərin küçələrinin altında 91 tərk edilmiş tunel var. 1920-ci illərin əvəllərində Los Ancelesdə alkoqol qadağan olunanda içkidən imtina etmək istəməyənlər bu tunellərdən istifadə edib. Tunellər barların və yeraltı əyləncələrin gizli girişi idi.
1821-ci ildə Meksikanın Müstəqillik Müharibəsindən sonra Los Anceles Meksikanın bir hissəsi olub və 1848-ci ildə müharibə bitənə qədər belə davam edib.
L.A. County Taylanddan sonra ən böyük tay əhalisinə sahibdir. Burada 80 mindən çox çox Tayland sakini yaşayır.
20-ci əsrin əvvəllərində "böyük kənd" adlandırılan Los Anceles hazırda meqapolisdir.
Bu meqapolis artıq günlərdir yanğının əsirinə çevrilib.
Bir neçə gün əvvəl başlayan və hələ də davam edən güclü yanğın 14 min hektardan çox ərazini əhatə edib. 10 nəfər ölüb, minlərlə ev və biznes dağılıb. Ölü sayının artacağı istisna edilmir.
Müstəntiqlər yanğınların necə başlaması ilə bağlı bir neçə variantı nəzərdən keçirirlər. Ehtimallar arasında yanğının qəsdən törədilməsi və ya kommunal xətlərdən qaynaqlanması da var.
Yerli sakinlər əmindirlər ki, bu fəlakətin səbəbi güclü küləklər yox, dronlardır.
Hazırda yanğın baş verən ərazidə bir çox hollivud ulduzunun evi yerləşir.
İndiyə qədər evi yananlar arasında ABŞ Prezidenti Co Baydenin oğlu Hunter, həmçinin Paris Hilton, Leonardo Di Kaprio, Entoni Hopkins, Tom Henks, Mark Hamill, Spencer Pratt və Heyidi Montaq kimi Hollivud ulduzları var.
Yanğın Hollivud Hillsi də əhatə edir.
Məlumata görə, dəyən zərərin məbləği 135-150 milyard dollara qədər yüksələ bilər.
Meteoroloqlar gələn həftə də regionda güclü küləyin olacağını və meşə yanğınları təhlükəsinin davam edəcəyini proqnozlaşdırır.
Yanğınların başlamasından sonra məşhur amerikalı radio aparıcısı Co Roqanın daha əvvəl verilişində səsləndirdiyi fikirlər gündəmə gəlib.
Məlum olub ki, aparıcı güclü yanğınlarla bağlı xəbərdarlıq edibmiş. Yanğınlara görə 3 dəfə evindən təxliyə edildiyini deyən aparıcı bunun təkrarlanmasından qorxduğu üçün Los Ancelesdən ayrıldığını bildirib.
Aparıcı ad çəkməsə də, yanğınsöndürənlə söhbəti barədə danışıb. "Yalnız bir dəfə elə külək əsəcək ki, Los Ancelesi okeana qədər yandırıb kül edəcək və heç nə edə bilməyəcəyik".
Roqan sadəcə küləyin başqa istiqamətdə əsməsinə görə, Los-Ancelesdəki insanların bəxtinin gətirdiyini söyləyib.
Hazırda küləyin şiddəti yanğının yayılmasına təkan verir və söndürülməsinə imkan vermir.