Azərbaycan İdeyası

Suriyanın yeni hakimiyyəti 300 minlik ordu qurur - Türkiyənin rolu

Tarix:24-12-2024, 16:00
Baxış Sayı:2

Suriyanın yeni hakimiyyəti 300 minlik ordu qurur - Türkiyənin rolu

Suriyada Bəşər Əsəd rejimini devirən müxalif qüvvələr rəsmən nizami ordu strukturuna keçir. 

keçid hökuməti təcili olaraq yeni ordunun qurulmasına start verib. 

Yeni ordu ilkin olaraq İdlibdəki qruplarla, mərhələli olaraq Suriya Milli Ordusu, Dera-Kuneytra xəttindəki cənub qruplarını vahid bir qurum altında birləşdiriləcək.

Yeni administrasiyanın müdafiə naziri Murhaf Əbu Kasranın başçılığı ilə Dəməşqdə keçirilən toplantıda bölgə və qrup fərqi nəzərə alınmadan bütün Suriyanın müdafiəsini öz üzərinə götürəcək ordu sxemi müxalifət komandirləri ilə paylaşıb. 

Yeni Suriya ordusunun qurulmasında Türkiyə yaxından iştirak edəcək.

Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal şəkildə məsləhətçi-ekspert dəstəyi verəcəyi öyrənilib. 

Bundan əlavə, əldə edilmiş razılaşmalar tətbiq olunduqdan sonra Suriyanın 5 fərqli nöqtəsində Türkiyənin hərbi varlığı olacaq.

Suriyalı general Əhməd Osmanın sözlərinə görə, ilkin mərhələdə təcili olaraq 70-80 min nəfərlik ordu formalaşdırılması nəzərdə tutulur və mərhələli şəkildə bu sayın 300 minə çatdırılması nəzərdə tutulur:
"Dəməşqin məqsədi yaxın bir il yarım ərzində 300 min nəfərlik ordu strukturu yaratmaqdır. Daxildəki həssas vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir".

O eyni zamanda bildirib ki,  Əsəd rejiminin süqut etdiyi gün 470 min nəfərlik bir polis, ordu və kəşfiyyat qüvvəsi olub. "Yeni ordu qurularkən  rejimdə cinayətlə əlaqəsi olmayan zabitlər, kəşfiyyatçılar və sıravilərin də orduya cəlb olunması nəzərdə tutulur. Onlarla birlikdə  ordunun sayı qısa zamanda 150-200 minə çatdırılacaq. Əsədin verdiyi koordinatlarla dağıdılan hərbi infrastrukturumuzu tez bir zamanda bərpa edəcəyik. Bu nöqtədə Türkiyənin hərbi dəstəyi fövqəladə əhəmiyyət kəsb edir".

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov