Azərbaycan İdeyası

Almaniyanın müdafiə nazirindən xəbərdarlıq: "Rusiya təhlükəsizliyimizə ən böyük təhdiddir"

Tarix:6-12-2024, 09:33
Baxış Sayı:6

Almaniyanın müdafiə nazirindən xəbərdarlıq: "Rusiya təhlükəsizliyimizə ən böyük təhdiddir"

Almaniyanın müdafiə naziri Rusiyanın artan hərbi təhlükəsi barədə xəbərdarlıq edib. Bundestaq qarşısında çıxış edən Boris Pistorius Rusiyanın müdafiə sahəsindəki səylərinin artdığını vurğulayıb.

Bu barədə Bild məlumat yayıb.

"Rusiya tamamilə hərbi iqtisadiyyata keçib və hər il ordusuna 1000-dən 1500-dək tank təhvil verir. Bu, Avropanın beş ən böyük ölkəsinin birlikdə malik olduğu tank sayından təxminən iki dəfə çoxdur. Bizim üçün bu aydındır: Rusiya təhlükəsizliyimizə ən böyük təhdiddir və yaxın gələcəkdə də belə qalacaq", — deyə nazir vurğulayıb.

Almaniya hökuməti parlamentə üç qanun layihəsi təqdim edib. Onlardan biri, Litvada daimi briqada yerləşdirilməsi ilə əlaqədar hərbi və mülki işçilərin maaşlarının yaxşılaşdırılmasını nəzərdə tutur. Almaniya 2025-ci ildən etibarən NATO-nun şərq cinahını gücləndirmək  məqsədilə orada 4800-dək əsgər və 200 mülki əməkdaş yerləşdirməyi planlaşdırır.

Digər qanun layihəsində isə keçmiş əsgərlərin "xarici qüvvə" (məsələn, Rusiya və ya Çin) üçün əvvəlcədən razılaşdırılmadan işləməsi ilə bağlı cinayət məsuliyyətinin tətbiqi təklif edilir.

"Belə bir qanun əvvəllər mövcud deyildi, amma indi çox vacibdir", — deyə Boris Pistorius bildirib. "Biz yüksək ixtisaslı keçmiş Bundestaq hərbçilərinin cazibədar təkliflər vasitəsilə xarici maraqlar üçün işləməsinin qarşısını alacağıq".(musavat.com)

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov