Azərbaycan İdeyası

Hakan Fidandan Suriya açıqlaması: Buna icazə verməyəcəyik

Tarix:30-11-2024, 12:14
Baxış Sayı:8

Hakan Fidandan Suriya açıqlaması: Buna icazə verməyəcəyik

Son günlərdə Suriyanın şimal-qərb bölgəsinə Hələbdə baş verən qarşıdurmalarda Türkiyənin əli yoxdur və proseslərə qarışmır, lakin müəyyən təhlükəsizlik tədbirləri də görülür.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Hələbdəki qarşıdurmalarla bağlı açıqlamasında deyib.

Fidan onu da bəyan edib ki, Türkiyə Suriyada terror quruplaşmalarının dövlətə çevrilməsinə heç vaxt icazə verməyəcək.

"Bununla bağlı mövqeyimizi ABŞ-də diqqətini çatdırmışıq. Oranı ABŞ həssas bölgə gördüyü kimi, bizim üçün də həssasdır. Deyirik ki, bir gün seçim nöqtəsinə gəlib oradakı quruluşa icazə versəniz, səhv seçim etmiş olarsınız. ABŞ bizim qətiyyətli mövqeyimiz çox yaxşı bilir. Oradakı terror strukturu hazırda tamamilə ABŞ-dən asılı olan süni bir quruluşdur. Beləliklə, bir insanın reanimasiyada oksigen maskası olmadan yaşaya bilməyəcəyini təsəvvür edin. Bölgədəki terrorçu qrupların oksigen maskaları da Amerikadadır. Əgər ABŞ oksigeni kəssə, onlar üç gün yaşaya bilməyəcəklər. Bu coğrafiyada mövcud olandan başqa yeni bir quruluş və ya yeni bir dövlət qurma prosesi mümkün deyil. Şimali İraqa baxın. Federasiya var, muxtariyyət var, yerli strukturlar var, amma heç nəyə nail olmayıblar. Bizim əsas məqsədimiz Suriyada ərazi bütövlüyünü təmin etməkdir. Sərhəddəki kürdlərin himayəçisi də Türkiyədir", -  nazir Hakan Fidan qeyd edib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov