Azərbaycan İdeyası

Bərxudar Bərxudarov: Haqq yolunun sonu Zəfərdir!

Tarix:18-09-2024, 15:17
Baxış Sayı:119

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar  Bərxudarov işini vicdanla yerinə yetirən təhsil müəssisəsinin rəhbəridir »  Ulusestv.az

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Bərxudar Bərxudarov -  44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini və hərbi texnikasını ölkəmizin ərazilərindən çıxarmadı. İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.

Bərxudar Bərxudarov: Haqq yolunun sonu Zəfərdir!

Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artıraraq yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Cəmi bir gün davam edən döyüşlər nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycanın  şərtlərini  qəbul etməyə hazır oldular.

Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində, lokal antiterror tədbirlərinə başlanılmasını şərtləndirən amillərə, həmçinin bu tədbirlərin dayandırılması üçün qarşı tərəfə irəli sürülən şərtlərə və sair kimi məqamlara diqqəti yönəltdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sözümüz imzamız qədər dəyərlidir. Dövlət başçısı İlham Əliyev sözügedən  müraciətində bu məqamı da xüsusi qeyd etdi ki, Qarabağ Azərbaycan ərazisidir və ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb.

Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Antiterror tədbirləri yüksək peşəkarlıqla və dəqiqliklə aparıldı. Bütün dünya Azərbaycan Ordusunun qüdrətinin, peşəkarlığının bir daha şahidi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdıqdan sonra xalqa müraciətində bir daha bəyan etdi ki, əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın: “Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik”.

Bu gün azad Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir. Keçmiş məcburi köçkünlər mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Böyük Qayıdış proqramı çərçivəsində yaxın gələcəkdə abadlıq-yenidənqurma işləri daha da genişləndiriləcək.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Rəhim müəllim: İlham Əliyevin Sahibkarlara, Şəhid Ailələrinə və Xalqına Qayğısı: Ali Baş Komandanın Liderliyi və Dövlətçilik Missiyası
Rəhim müəllim: İlham Əliyevin Sahibkarlara, Şəhid Ailələrinə və Xalqına Qayğısı: Ali Baş Komandanın Liderliyi və Dövlətçilik Missiyası
Sosial yönümlü rəhbər, inkişafın dayağı – “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov
Sosial yönümlü rəhbər, inkişafın dayağı – “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov
Peşəkarlığın və innovasiyanın vəhdəti – Megastore mağazalar şəbəkəsinin direktoru Eşqin İsmayıllı
Peşəkarlığın və innovasiyanın vəhdəti – Megastore mağazalar şəbəkəsinin direktoru Eşqin İsmayıllı
Müşfiq Tarverdiyev: Liderlik zirvəsi
Müşfiq Tarverdiyev: Liderlik zirvəsi
Füzuli Quliyev – Beyləqanın yol infrastrukturunun inkişafına rəhbərlik edən peşəkar
Füzuli Quliyev – Beyləqanın yol infrastrukturunun inkişafına rəhbərlik edən peşəkar
Arzu Bəndəliyev – Beyləqanın inkişafına töhfə verən fədakar rəhbər
Arzu Bəndəliyev – Beyləqanın inkişafına töhfə verən fədakar rəhbər
Asif müəllim – Beyləqanda sağlamlığın keşiyində duran dəyərli sima
Asif müəllim – Beyləqanda sağlamlığın keşiyində duran dəyərli sima
Aydın Həsənov – Aşağı Çəmənli kəndinin inkişafına ürəyini verən rəhbər
Aydın Həsənov – Aşağı Çəmənli kəndinin inkişafına ürəyini verən rəhbər