ML Dent özəl stomatoloji klinikadasında həkim-stomatoloqu Dr. Arzuman Əsgərli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dr. Arzuman Əsgərlinin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Dr. Arzuman Əsgərli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, ML Dent özəl stomatoloji klinikadasında həkim-stomatoloqu Dr. Arzuman Əsgərliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
ML Dent özəl stomatoloji klinikadasında həkim-stomatoloqu Dr. Arzuman Əsgərli Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Dr. Arzuman Əsgərli - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Dr. Arzuman Əsgərli Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Dr. Arzuman Əsgərlidə məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda ML Dent özəl stomatoloji klinikadasında həkim-stomatoloqu Dr. Arzuman Əsgərli olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
ML Dent özəl stomatoloji klinikadasında həkim-stomatoloqu Dr. Arzuman Əsgərli - İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabr ayında sərhəddə baş vermişdir. 2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.
2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan 3 il ərzində öz silahlı qüvvələrini və texnikasını bizim ərazilərimizdən çıxarmamışdır. İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır.
İmzalanmış Kapitulyasiya Aktından sonra Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarına baxmayaraq Ermənistan ölkəmizin ərazilərində silahlı qüvvələrinin sayını artırmaqla yeni silahlar alıb, təxribat törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Antiterror əməliyyatları çərçivəsində Ermənistan silahlı qüvvələri birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti, həmçinin rəaşdətli ordumuzun peşəkarlığı nəticəsində torpaqlarımızda separatizmin kökü kəsildi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.