Azərbaycan İdeyası

Azərbaycanda mağazada qurdlu şokolad satılacaq? - Açıqlama

Tarix:30-10-2025, 16:00
Baxış Sayı:2

Azərbaycanda mağazada qurdlu şokolad satılacaq? - Açıqlama

Ukraynın Kiyev və Lvov şəhərindəki mağazalarda xırtıldayan qurdlu şokoladlar satışa çıxarılıb. 49 qrivnaya satılan (təx. 2 AZN) bu şirniyyatları əhalinin bir qismi maraqla qarşılasa da, iyrəndiyini deyənlər də olub.

Ukrayna məhsullarının Azərbaycan bazarlarında əhəmiyyətli yer tutduğunu nəzərə alsaq, bu cür qurdlu şokoladlarlar nə vaxtsa ölkəmizdə də satışa çıxarılıb-çıxarılmaması sualı meydana çıxır.

Mövzu ilə Ölkə.Az-a danışan qida mütəxəssisi İlkin Şirinov yeyilə bilən qurdların alternativ qida olması fikri ilə razılaşmır. O, hesab edir ki, bütün bunlar sadəcə kommersiya məqsədilə edilir:

“Qurdlu şokoladdan əvvəl də böcək unu məsələsi ortalığa çıxmışdı. Avropada böcək ununu alternativ qida kimi təqdim etdilər. İndi də Ukraynada çıxan bu qurdlu qida yenilik deyil. Bunlar əslində, insanları çaşdıran bir təcrübədir. Sadəcə Avropa sınayır ki, görək, insanlar necə qarşılayacaq? Təbii ki, bu da birmənalı olmayacaq.

Avropa ölkələrində yeyilə bilən qurd, hörümçək, çəyirtkə və böcəyin qida kimi təqdim olunması əslində kommersiya maraqlarına xidmət edən bir məsələdir. Burada sağlamlıq prinsipi deyilən bir şey yoxdur. Bunlar “zülalla zəngin qida” kimi təqdim olunur, amma kimlərinsə maraqlarına xidmət edir. Bu məhsulların qida dəyəri heç də toyuğun, balığın qida dəyərindən üstün deyil. Sadəcə alternativ protein kimi bunu təqdim edirlər. Yəni bazarda yeni bir məhsul yaradılır”.

Mütəxəssis qurdlu, böcəkli qidaların sağlamlıq baxımından təhlükəsizliyinin də şübhəli olduğunu söyləyib:


“Bu “qida”ların gigiyenik, məhsulların mənşəyi, dad baxımından təhlükəsizliyi tam sübuta da yetirilməyib”.

İ.Şirinov hesab edir ki, Azərbaycan bazarlarında bu cür məhsulların nə vaxtsa satılması real görünmür:

“Azərbaycan bazarlarında belə məhsulların satışına icazə verilmir. İnanmıram ki, bundan sonra da icazə verilsin. Çünki bizim ənənəvi ağız dadımız, qida mənbələrimiz var. Bu tip məhsulların ölkəmizə gətirilməsi, satışı, qınaq obyekti olmaqdan başqa bir şeyə xidmət etməyəcək. Əvvəla ona görə ki, bu məhsulların laborator təsdiqi, ictimaiyyət tərəfindən qəbul olunması qiymətləndirilməlidir. Bu da yəqin ki, dediyim kimi, ənənəvi mətbəximizə uyğun deyil. Bu baxımdan mən bunu düzgün hesab etmirəm və aidiyyəti qurumların da məqbul sayacağını düşünmürəm. 

Təəssüflə deyirəm ki, Avropa bu kimi şeyləri sadəcə kommersiya maraqları ilə insanlara sırıyırlar. Qurdlu şokolad kimi təcrübələr “qida innovasiyası” adı altında insan psixologiyası ilə oynayan marketinqdir. Buna hətta elmi əsaslarla belə yanaşsaq, insan sağlamlığına xidmət edən addımlardan söhbət gedə bilməz”. 

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Etibarlı Tikintinin Ünvanı – Ədalət Müəllimin Peşəkar Fəaliyyəti
Etibarlı Tikintinin Ünvanı – Ədalət Müəllimin Peşəkar Fəaliyyəti
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi