Azərbaycan İdeyası

Bir gecədə qiyməti dəyişən maşınlar...

Tarix:24-10-2025, 15:01
Baxış Sayı:4

Bir gecədə qiyməti dəyişən maşınlar...

Uzun müddətdir ki, hibrid və elektrik avtomobillərə edilən güzəştlərlə bağlı gözlənilən qərar verildi. Ekoloji cəhətdən təmiz avtomobillər üçün güzəştlər saxlanıldı, ancaq, bu qərar sadəcə elektrikli avtomobillərə şamil olunur. Belə ki, hibrid avtomobillər bu güzəştdən kənarda qaldı.

Yeni qərar ölkədəki avtomobil qiymətlərinə bir gecədə təsir edib. İkinci əl benzinli avtomobil bazarında xeyli canlanma müşahidə olunur. Artıq elan saytlarında minimum 500 manat qiymət artımı gözə çarpmaqdadır. Buna səbəb kimi, hibrid maşınlarına cəmi 2 ay güzəştin qalmasıdır. Hansı ki, bu müddət xaricdən sifarişlə maşın gətirtmək üçün kifayət etmir.

Keyfiyyət problemləri ilə tanınan Çin maşınlarının əsasən ucuz olduğuna görə satıldığını nəzərə alsaq, onların güzəştin bitməsi səbəbindən bahalaşması fonunda yaxın bir il ərzində ikinci əl benzinli avtomobil bazarı xeyli canlanacaq.

Güzəşt müddətinin uzadıldığı elektrik avtomobilləri ölkəmizdə çox da etibarlı maşın kimi tanınmır. Buna səbəb elektrikli maşınlarla bağlı radiasiya iddiaları, uzaq yolda şarj bitməsi, soyuq havalarda şarjın tez bitməsi və s. bu kimi neqativ hallardır. Bu səbəbdən də sırf elektriklə işləyən maşınların satışının artacağı proqnozlaşdırılmır.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2019-cu ilin yanvar ayının birindən yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin idxalı əlavə dəyər vergisindən azad edilmişdi. Daha sonra Məcəlləyə əlavə edilən yeni müddəaya görə, 2022-ci il yanvarın birindən etibarən belə avtomobillərin ölkə daxilində satışı da ƏDV-dən azad sayılır.

Bundan başqa, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə enerji doldurma məntəqələrinin, eləcə də istehsal ili üç ildən artıq olmayan və mühərrik həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci ildən başlayaraq üç il müddətinə əlavə dəyər vergisindən azad edilmişdi.

Bu güzəşt müddəti 2025-ci ilin sonunda başa çatır. Yəni, 2026-cı ildən etibarən qeyd olunan xüsusiyyətlərə malik hibrid avtomobillərin idxalı və satışı da əlavə dəyər vergisinə daxil ediləcək.(milli.az)

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Etibarlı Tikintinin Ünvanı – Ədalət Müəllimin Peşəkar Fəaliyyəti
Etibarlı Tikintinin Ünvanı – Ədalət Müəllimin Peşəkar Fəaliyyəti
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi