Azərbaycan İdeyası

Seymur Orucov: Etibarlı tərəfdaş və regional Lider

Tarix:18-11-2024, 10:14
Baxış Sayı:67

Seymur Orucov: Etibarlı tərəfdaş və regional Lider

Ağstafa RİH başçısı Seymur Orucov - Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz tarixi uğurlar qazanıb. Bu uğurlar Azərbaycanı bütün dünyaya tanıdıb. Bu illər ərzində ölkəmiz beynəlxalq və regional əhəmiyyətli çoxsaylı tədbirlərə evsahibliyi edib. Artıq ölkəmiz belə mühüm tədbirlərin təşkili və keçirilməsi ilə bağlı zəngin təcrübəyə malikdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransı (COP) 1992-ci ildə bu mötəbər təşkilatın ilk iqlim müqaviləsini imzalayan və “iqlimə təhlükəli müdaxilə” ilə mübarizə aparmağı vəd edən 197 ölkəni özündə birləşdirir. Dünyada olan bütün ölkələr COP-un üzvüdür. Buna görə də COP tədbirləri ən çox dünya liderlərini bir araya gətirən toplantılar kimi tarixə düşüb. 

COP29-un ölkəmizdə keçirilməsi isə Azərbaycanın bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə böyük töhfə verəcək.
İlk COP 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib. Sessiyaya BMT-nin beş regional qrupu növbə ilə evsahibliyi edir və hər dəfə bu qrupa aid olan müxtəlif ölkələr ev sahibi olaraq seçilir. Bu il isə növbə Şərqi Avropa qrupunda idi. Azərbaycan Şərqi Avropa ölkələrinin yekdil dəstəyi ilə COP29-un ev sahibi olaraq seçildi. Azərbaycanın bu mühüm tədbirə ev sahibi seçilməsi təsadüfi deyil. Dünyanın əsas siyasi və iqtisadi güc mərkəzlərindən olan Avropaya daxil olan ölkələrin Azərbaycanı dəstəkləməsi ciddi diplomatik uğurdur. 

Azərbaycan dünyanın ən mötəbər tədbiri olan COP29-u yüksək səviyyədə təşkil edib. COP29-a ev sahibliyi faktoru ölkəmizin fəal rolunun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. COP29 Azərbaycan üçün həm də davamlı inkişaf strategiyasının bir hissəsi və iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün mühüm platformadır. Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübuta yetirir.

COP29-un Liderlər Sammitinin açılışı mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycan geostrateji əhəmiyyətə malikdir. Ölkəmiz təkcə coğrafi baxımdan deyil, dünyanın müxtəlif ölkələri arasında mədəni, enerji, ticari və nəqliyyat körpülərin yaradılması baxımından da böyük önəmə sahibdir. Eləcə də, Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Avrasiyanın enerji təhlükəsizliyini təmin edir, eləcə də, çoxtərəfli əməkdaşlıq formatları yaradır. Bütün bunlar Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi rolunu gücləndirir. 

COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyi ifadə edir. Dövlətimizin bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşıya qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük auditoriyanın diqqətinə çatdırılır. Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavatt, dənizdə isə 157 giqavatt təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavattlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Eyni zamanda, Avropaya yaşıl enerjini ixrac etmək üçün Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsi üzrə işlər davam etdirilir. Bundan başqa, Naxçıvanın, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi ölkəmizin yaşıl gündəliyinin perspektivindən xəbər verir. Bütün bunlar Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynadığını təsdiqləyir.

Bəzi Qərb dairələri Azərbaycanın neft-qaz ölkəsi kimi ekologiyaya ziyan vurduğunu iddia edirlər. Əslində  belə iddiaların heç bir əsası yoxdur. Zəngin təbii sərvətlərə malik olduğuna görə Azərbaycanın hədəfə götürülməsi qərəz və riyakarlıqdan başqa bir şey deyil. Prezident İlham Əliyev çıxışı zamanı həmin dairələrə tutarlı cavab verib.

Dövlət başçımızın uğurlu siyasəti, Azərbaycanın enerji sektorunun çevikliyini artırır, həmçinin yaşıl enerji sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanın yaşıl enerji siyasəti həm də regionda liderliyini təmin etməyə yönəlib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov