Azərbaycan İdeyası

Kamaləddin Qafarov: “Azərbaycanın enerji təhlükəsizliyi möhkəm əsaslar üzərində formalaşıb”

Tarix:10-01-2026, 10:52
Baxış Sayı:8

Kamaləddin Qafarov: “Azərbaycanın enerji təhlükəsizliyi möhkəm əsaslar üzərində formalaşıb”

“Yanvarın 8-də Bakıda “Gülüstan” sarayında “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı Azərbaycanın enerji strategiyasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.”

Bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

O, bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq fəaliyyətə başlayan 240 meqavat gücündə bu stansiya ölkəmizin enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək, ümumi sosial-iqtisadi inkişafa mühüm töhfə verəcəkdir. “Qlobal miqyasda enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri ilə mübarizənin prioritetə çevrildiyi bir dövrdə Azərbaycanın bərpaolunan enerji mənbələrinə əsaslanan layihələrə önəm verməsi dövlət siyasətinin uzaqgörənliyini və məsuliyyətini aydın şəkildə nümayiş etdirir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası təkcə yeni generasiya gücü deyil, eyni zamanda ölkənin “yaşıl enerji” gündəliyinin real nəticəyə çevrilməsinin bariz nümunəsidir.”

Millət vəkilinin fikrincə, layihənin Səudiyyə Ərəbistanının “ACWA Power” kimi dünyada aparıcı enerji şirkətlərindən biri tərəfindən icra olunması Azərbaycanın beynəlxalq investisiya mühitinə olan yüksək etimadın göstəricisidir: “Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiya “ACWA Power”in Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerji layihəsidir, lakin sonuncu deyil. Şirkətin ölkəmizlə bağlı geniş planları var və Azərbaycan dövləti bu təşəbbüsləri tam şəkildə dəstəkləyir. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi strateji əhəmiyyət daşıyan layihənin də məhz bu şirkət tərəfindən icra ediləcək olması, əməkdaşlığın təkcə enerji sektoru ilə məhdudlaşmadığını, daha geniş iqtisadi və ekoloji hədəfləri əhatə etdiyini göstərir. Bu cür layihələr Azərbaycanın regionda innovativ və etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Dövlət başçısının öz çıxışında xüsusi vurğuladığı məqamlardan biri də son 20 ildə Azərbaycanın enerji sisteminin əsaslı şəkildə modernləşdirilməsi və yenilənməsidir. Bu dövr ərzində generasiya güclərinin, yarımstansiyaların və ötürücü xətlərin tamamilə yenidən qurulması nəticəsində ölkənin enerji təhlükəsizliyi möhkəm əsaslar üzərində formalaşıb. Generasiya güclərinin əvvəlki dövrlərlə müqayisədə təxminən üç dəfə artaraq 10 min meqavata çatması tarixi rekord olmaqla yanaşı, həm də gələcəyə hesablanmış strateji planların nəticəsidir. Qarşıdakı illərdə yeni bərpaolunan enerji layihələrinin reallaşması bu göstəricinin daha da yüksələcəyini şərtləndirir. Bu isə Azərbaycana həm artan daxili tələbatı tam şəkildə ödəmək, həm də elektrik enerjisinin ixracını genişləndirməklə regional enerji mərkəzi statusunu daha da gücləndirmək imkanı yaradacaqdır”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elm, Təhsil və Zəhmətlə Yazılan Ömür Yolu – Zəfər Qurbanov
Elm, Təhsil və Zəhmətlə Yazılan Ömür Yolu – Zəfər Qurbanov
Peşəyə Açılan Qapıda Yeni Tədris İli – Azad Dibirovun Rəhbərliyi ilə Yeni Hədəflərə Doğru
Peşəyə Açılan Qapıda Yeni Tədris İli – Azad Dibirovun Rəhbərliyi ilə Yeni Hədəflərə Doğru
Mehi Həsənov: 20 sentyabr – Zəfərdən Böyük Qayıdışa
Mehi Həsənov: 20 sentyabr – Zəfərdən Böyük Qayıdışa
Bələdiyyə İşində Məsuliyyət və Vətəndaşa Diqqət – Qüdrəddin Verdixanov
Bələdiyyə İşində Məsuliyyət və Vətəndaşa Diqqət – Qüdrəddin Verdixanov
Uşaq Sağlamlığına Həsr Olunan Peşəkar Ömür – Cəmilə Talıbova
Uşaq Sağlamlığına Həsr Olunan Peşəkar Ömür – Cəmilə Talıbova
Münasib Qurbanov: Azərbaycan möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı
Münasib Qurbanov: Azərbaycan möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı
Çörəyin Süfrəyə Gələn Yolunda Məsuliyyət və Zəhmət – Məhərrəm Şəfiyev
Çörəyin Süfrəyə Gələn Yolunda Məsuliyyət və Zəhmət – Məhərrəm Şəfiyev
Tibb və təhsilin kəsişməsində yeni mərhələ – İlkin İsmayılov Qarabağ Universitetində
Tibb və təhsilin kəsişməsində yeni mərhələ – İlkin İsmayılov Qarabağ Universitetində