Azərbaycan İdeyası

Azərbaycanda icra edilən bərpaolunan enerji ehtiyatları çox geniş miqyaslıdır

Tarix:4-11-2025, 14:28
Baxış Sayı:3

Azərbaycanda icra edilən bərpaolunan enerji ehtiyatları çox geniş miqyaslıdır

Yaşadığımız dövr planetimizin qlobal problemlərlə getdikcə daha çox yükləndiyi hadisələri gətirir.Sənaye inkişaf etdikcə,iri şəhərlərin,meqapolislərin ölçüləri həndəsi silsilə ilə artdıqca enerji resurslarının amansız istismarı ekosistemin pozulması,təbiətin harmonal quruluşunun disbalansı ilə sonuclanır.
Bu kontekstdə son zamanlar alternativ enerji mənbələrinin yönləndirilməsi,bərpaolunan ehtiyatların istifadəsi daha da aktual olmuşdur.Nəzərə almaq lazımdır ki,bərpa olunan enerji ehtiyatlarının istifadəsi strukturu ölklərə görə fərqli ola bilir.Məsələn,ABŞ-ın bəzi ştatlarında,Danimarkada və bir çox Avropa ölkələrində geotermal mənbələrə üstünlük verilirsə,küləkli günlərin çox olduğu mülayim enliklərdə fərqli qurğular ucaldılır,cənub qurşaqlarda isə günəş batereyaları daha əlverişli hesab edilməkdədir.
Bərpa olunan enerji mənbələri arasında ehtiyatlarının miqyasına və ekoloji təmizliyinə görə Günəş enerjisi daha perspektivlidir. Azərbaycan öz coğrafi mövqeyinə görə Günəş enerjisi ehtiyatları ilə zəngindir. Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində Günəş işığının müddəti il ərzində 2500 saata, Naxçıvan Muxtar Respublikasında isə 2900 saata bərabərdir. Məlum olduğu kimi, Naxçıvan ölkənin elektrik təchizatı şəbəkəsindən kənarda qalmışdır və ona görə bu regionda bərpa olunan enerji mənbələrindən istifadə həyati əhəmiyyət kəsb edir. Hesablamalar göstərir ki, muxtar respublikanın enerji ehtiyaclarının təxminən yarısını alternativ enerji mənbələri hesabına ödəmək olar. Külək enerjisinə gəldikdə isə məlumdur ki, Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisndə il ərzində 270 gündən artıq güclü küləklər əsir. Burada küləyin orta illik sürəti saniyədə 7,2 metrdir. Ölkənin digər regionlarında küləkli günlərin sayı 20-70 gün həddindədir. Hesablamalar göstərir ki, 500 kiloVatt gücə malik olan bir külək elektrik stansiyası daş kömür stansiyası ilə müqayisədə 750-1250 ton karbon qazının, 3-6 ton digər zərərli maddələrin emissiyasının qarşısını alır. Abşeron yarımadasında külək qurğularının tətbiqi ölkə iqtisadiyyatına mühüm töhfə verər. Bu ərazidə külək enerjisindən genişmiqyaslı istifadə ümumi enerji balansının 20 faizini təmin edər və bu qədər də üzvü yanacağa qənaət olunar. 20 il ərzində külək enerjisindən istifadə etməklə 2,4 milyon ton mazuta qənaət etmək və bu zaman 7,5 milyon ton karbon qazının atmosferə atılmasının qarşısını almaq mümkündür.
Son illər Azərbaycan hökuməti bərpaolunan enerjinin idarə edilməsi istiqamətində xeyli uğurlu addımlar atmış,həm respublikanın müxtəlif regionlarında,həm də Qarabağ bölgəsində yerli alternativ enerji mənbələrinin dövriyyəyə qoşulmasının təminatı kimi təməl layihələrini həyata keçirmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyində çıxışında səsləndirdiyi bu fikirlər yuxarıda gəldiyimiz qənaəti bir daha əsaslandırır:”Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox genişmiqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onların toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər Günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir. Azərbaycan alimlərini burada da fəal olmağa dəvət edirəm.”


Zabrat qəsəbəsi, 192 nömrəli orta ümumtəhsil məktəbinin
tarix müəllimi Elxan İsmayılov

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov