Azərbaycan İdeyası

Qarabağda antiterror əməliyatı ilahi ədalətin təsdiqi idi

Tarix:21-09-2024, 15:49
Baxış Sayı:1

Qarabağda antiterror əməliyatı ilahi ədalətin təsdiqi idi

Qarabağda lokal antiterror tədbirlərinə başladıq. Əvvəlcə onu deyim ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən müqəddəs Qarabağ hədəfi müəyyənləşdirmiş, həm düşünülmüş xarici siyasət kursu ilə bu hədəfə doğru getmiş, həm də xalqı, xüsusən də gənc nəsli torpaqlarımızın işğaldan azad olunmasına inandırmaq yönümlü daxili ideoloji xətt seçmişdi. Qətiyyətlə söyləyə bilərik ki, 44 günlük müharibədə dərin inamla məqsədyönlü siyasətin birgə zəfəri, böyük təntənə anı yaşanmışdı. Amma erməni hərbi birləşmələri heç cür sülh danışıqlarına gəlmək istəmir, reinteqrasiyanı qəbul etmir, mövqelərimizə qarşı təxribatları dayandırmırdı. Bu da özünü qondarma “dqr”in “müdafiə ordusu” adlandıran, əslində isə Ermənistan silahlı qüvvələrinin birləşmələri olan ünsürlərə qarşı tədbirlərin görülməsi zərurətini yaradırdı. Belə də oldu. Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Qeyd olunub ki, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Hərbi əməliyyatlar başlanan andan etibarən separatçı-xunta rejiminin tör-töküntüsünün isterika içərisində haray-həşiri də başlayıb. İlk olaraq Ruben Vardanyan dilə gəlib. Məqsədli şəkildə Qarabağa göndərilən R.Vardanyan Xankəndinin “kütləvi atəşə tutulması” barədə məlumat verib. Bu ağ yalana sosial şəbəkələrdə ermənilər elə özü cavab verib. Azərbaycan Ordusu mülki obyektləri hədəf almır.
Azərbaycanın Qarabağ iqtisadi rayonunun separatçılardan, terrorçulardan təmizlənməsi göründüyü kimi, ən qısa zamanda uğurla nəticələndi və artıq bəhrəsi də göz önündədir. Azərbaycan Ordusunun qarşısını kəsməyin mümkünsüzlüyünü başa düşən, rəşadətli ordumuzun hücumuna duruş gətirə bilməyən qanunsuz erməni silahlı dəstələri diz üstə çökmək məcburiyyətində qaldılar və görüş keçirmək, razılıq əldə etmək kimi bir qərar da bu baxımından anlaşılandır. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda antiterror tədbirlərinin birinci mərhələsi düşmənin dayaq məntəqələrinin, rabitə qovşaqlarının, hərbi texnikanın yerləşdiyi yerlərin, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsindən ibarət olub. Məqsəd, mülki əhali arasında itkilərin qarşısını almaq, mülki əhali ilə bağlı itgi səviyyəsini azaltmaq olub. Burada da əsas rol oynayan dəqiq silahlardan istifadə etməklə hədəfi məhv etmək, zərərsizləşdirmək sayılır. Əlbəttə ki, bu, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin çox yaxşı hərbi-texniki səviyyəsini, peşəkarlığını və hazırlıqlı olmasını təsdiq edir. Həm də bu şəkildə düşünülmüş, ölçü-biçi ilə atılan addımlar zamanı mülki əhalinin zərər çəkməməsinə ümid etmək tam məntiqi sayılır və heç şübhəsiz ki, bunu da dünya ictimaiyyəti müşahidə etmiş oldu. Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsi onu deməyə əsas verdi ki, təhlükəsizliklə bağlı, ərazilərimizdə hərbi məsələlərlə əlaqədar hər hansı problemi həll etməyə hər zaman imkan var. Əgər həqiqətən də həmin o qanunsuz silahlı dəstələr silahı zamanında yerə qoysaydılar onlar üçün daha yaxşı olardı və dəmir yumruq başlarına bir də endirilməzdi. Başa düşsəydilər ki, Bakı həm məqsədyönlü hərbi cavab üsullarını, həm də diplomatik resursları birləşdirərək hər zaman nailiyyətlər əldə edir, uduzmur, o halda məsələnin bura qədər davam etməsinə rəvac verməzdilər. Hər bir halda başlarına gələnlərə görə məsuliyyətin onların üzərinə düşdüyünün fərqindədirlər. Fərqində olmasalar belə, bizim üçün heç bir fərq etmir və biz öz ərazilərimizi qanunsuz silahlı dəstələrdən, terrorçulardan təmizləmək kimi suveren haqqın sahibiyik və buna da, dəfələrlə göründüyü kimi, qadirik. Üstəlik, müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı ki, bunların hamısı ölkəmizin konstitusyon quruluşuna ziddir, dövlət suverenliyimizə təhdidir. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olundu.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Prezident Azərbaycan Din Xadimləri Forumunun iştirakçılarına müraciət ünvanladı
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI
Bu şəxslərə 6 min manat ödəniləcək: Tələb olunan sənədlərin SİYAHISI