Həyatda elə insanlar var ki, onların ömür yolu, fəaliyyəti el-obasına, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik. Sizə şəxsiyyəti və real əməli ilə bizi də fəth edən belə insanlardan biri - Moskvada stomatoloq-cərrah kimi tanınan, ad-san qazanan Cəfərov Ceyhun Həndəm oğlu barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən, onu vətəndən uzaqlarda da şərəflə tanıdan bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..
QISA ARAYIŞ
Cəfərov Ceyhun Həndəm oğlu 13 mart 1971-ci il tarixində Bakıda anadan olub. 1987-ci ildə Tibb texnikomunu, 1990-cı ildə isə hazırki Azərbaycan Tibb Universitetinin müalicə profilaktia fakültəsinə daxil olub.. 2000-ci ildə Moskvada Dövlət Tibb İnistitutunun stomatoloq-cərrah fakültəsini bitirdikdən sonra 2007-ci ildən Moskva şəhərində çalışır. Dr. Ceyhun Cəfərov deyir:"İnsan həyatının ən dəyərli sərvəti sağlamlıqdır. Sağlamlığın qayğısına qalan isə biz - tibb işçiləriyik. Tibb işçisi olmaq, bu adı daşımaq çox böyük məsuliyyət tələb edir. Hər bir insan öz sağlamlığını tibb işçilərinə etibar edir. İnsanların sağlamlığı, hətta bəzən həyatları bizlərdən asılı olur. Bəzən bizim bir xoş sözümüz, mehribanlığımız, qayğıkeşliyimiz xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Əsl həkim, tibb işçisi öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Gərək bu çətin və şərəfli peşəni seçəndə böyük məsuliyyəti özünüzdə dərk edəsiniz."
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan stomatoloq-cərrah Ceyhun Cəfərov Vətənə əsl ləyaqət nümunəsidir.
Stomatoloq-cərrah Ceyhun Cəfərov pasientlərə dəyər verməkdən zövq alır!
O, yüksək təhsili və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
O, stomatoloq-cərrah kimi ani və düzgün qərar qəbul edə bilən nadir doktorlardandır!
Stomatoloq-cərrah Ceyhun Cəfərovun böyüklüyü onun sadəliyində və pasientlərlə səmimi münasibətindədir!
O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun stomatoloq-cərrah kimi professional olmasıyla, reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir stomatoloq-cərrah haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən, nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri indi tanınmış bir şəxsi tərif edən yazıya imza qoyur?! Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün həkimlərin böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, stomatoloq-cerrah Ceyhun Cəfərov peşənin hörmətə mindirdiyi yox, peşəni hörmətə mindirən doktorlardandır.
...Adının cəkilməsini istəməyən Azərbaycanın Mosvada yaşayan tanınmış jurnalistlərindən biri stomatoloq-cərrah Ceyhun Cəfərovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Ceyhun doktorla görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir doktordur. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”...
Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Ceyhun doktorun əqidə manifestidir. Onun yaxşılıq etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir. O, insanlara qayğı göstərir, onların işinə yarayır. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldir. Dr. Ceyhun Cəfərov sözün həqiqi mənasında, bir çox insan üçün ümid və inam yeridir.
Bəli, Dr. Ceyhun Cəfərov kimi adamlar elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar, yaşayırlar… Dr. Ceyhun Cəfərov da bax, beləcə xaricdə ömür sürən ziyalı- həkimlərimizdəndir. O, hədisiz dərəcədə sadə, alicənab, təvazökar insandır.
Tarixdə nə baş verirsə, onu insan edir. İnsanın yaratdığı böyük dəyərlərə qiymət verərkən biz tarixdən kənara çıxırıq. K.Yaspers yazırdı: “Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhədini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. Dr. Ceyhun Cəfərovun həyatinın, fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edir.
Dr. Ceyhun Cəfərov bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlaya bilib. Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin belə bir fikrini yada salmaq çox vacibdir: “Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Ceyhun doktorun etdiyi yaxşılıqları, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara qarşı həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.
Dr. Ceyhun Cəfərov işində həddən artıq tələbkardır. O, biganəliyi xoşlamır. Elinin-obasının qədrini biləndir, xalqa xidməti həyatının məna və məqsədi hesab edir. Ceyhun doktor saf əqidəsi və məsləki olan vəzifə sahibidir. Onun əqidəsi həmişə humanizmə, həqiqətə, ədalətə söykənib. O öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə həmkarlarından fərqlənən səhiyyə məmurudur, xalq adamıdır, ən əsası vətəndaş-ziyalıdır.
Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir, – sualına şagirdləri belə cavab veriblər: “Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Dr. Ceyhun Cəfərova aiddir: o həmişə özü-özünə bərabərdir, təkrarsızdır – həmişə Dr. Ceyhun Cəfərovdur! Ceyhun doktor həmçinin insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran şəxsiyyətdir. O, adamlar arasında özünün xoş olduğu ən ülvü keyfiyyətləri ilə seçilən-sayılan nüfuz sahibidir. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeşdir.
Sokratdan soruşardılar: “İnsanda ən çox nəyi qiymətləndirirsən?” Filosof tərəddüd etmədən “İnsaniyyəti, insana layiq keyfiyyətləri”- deyə cavab verərdi. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Dr. Ceyhun Cəfərovla təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir fikir nur kimi ətrafa yayılır: “İnsanlar, adam olun, bu Sizin birinci vəzifənizdir!”. Dr. Ceyhun Cəfərovun anlatmaq istədiyi saf əqidə və məslək məhz budur!
Bəli, Dr. Ceyhun Cəfərov rahat həyat sürmək üçün kiməsə, nəyəsə əyilən deyil. Həm də var-dövlət toplamaq üçün. Cünki Dr. Ceyhun Cəfərovun həm maddi, həm də mənəvi xəzinəsi bir çox həmkarlarından üstündür. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə əsl ziyalı - doktor olmagı nümayiş etdirir. O, bu zirvədə uca, əzəmətli, qədd-qamətlidir! Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşıb, yaraşır və yaraşacaqdır...
Stomatoloq-cerrah Ceyhun Cəfərov yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin və Rusiyanın kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu, Dr. Ceyhun Cəfərovun fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
Bəli, bir həqiqət isə GÜN İŞIGI kimidir: Moskva boyda böyük bir şəhərdə ad-san qazanıb tanınmaq Dr. Ceyhun Cəfərov ücün böyük bir qələbədir. Ceyhun doktor sözün həqiqi mənasında o qədər sadə, səmimi, alicənab adamdır ki... Bilmirəm, onun portretini az da olsa cıza bildimmi?! Belə adamlar haqqında yazmaq həqiqətən cətindir. O, sözün həqiqi mənasında cıraq kimi adamdır.
Allah təaladan istəyimiz odur ki, həmyerlimiz Dr. Ceyhun Cəfərov kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərd insanlara ehtiyacı var. Tanrı Sizi qorusun, Ceyhun doktor! Tanrı Türkü qorusun! Amin!!!
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]