Azərbaycan İdeyası

Elmar Əliyev Azərbaycan dövlətinə sədaqəti ilə seçilir

Tarix:2-09-2024, 12:56
Baxış Sayı:82

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - 14 saylı notariat ofisinin Xüsusi notariusu Elmar Əliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan 14 saylı notariat ofisinin Xüsusi notariusu Elmar Əliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Elmar Əliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

14 saylı notariat ofisinin Xüsusi notariusu Elmar Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elmar Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elmar Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 14 saylı notariat ofisinin Xüsusi notariusu Elmar Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Elmar Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Elmar Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Elmar Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elmar Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elmar Əliyev özünü doğruldub. Bizdə hörmətli Elmar Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elm, Təhsil və Zəhmətlə Yazılan Ömür Yolu – Zəfər Qurbanov
Elm, Təhsil və Zəhmətlə Yazılan Ömür Yolu – Zəfər Qurbanov
Peşəyə Açılan Qapıda Yeni Tədris İli – Azad Dibirovun Rəhbərliyi ilə Yeni Hədəflərə Doğru
Peşəyə Açılan Qapıda Yeni Tədris İli – Azad Dibirovun Rəhbərliyi ilə Yeni Hədəflərə Doğru
Mehi Həsənov: 20 sentyabr – Zəfərdən Böyük Qayıdışa
Mehi Həsənov: 20 sentyabr – Zəfərdən Böyük Qayıdışa
Bələdiyyə İşində Məsuliyyət və Vətəndaşa Diqqət – Qüdrəddin Verdixanov
Bələdiyyə İşində Məsuliyyət və Vətəndaşa Diqqət – Qüdrəddin Verdixanov
Uşaq Sağlamlığına Həsr Olunan Peşəkar Ömür – Cəmilə Talıbova
Uşaq Sağlamlığına Həsr Olunan Peşəkar Ömür – Cəmilə Talıbova
Münasib Qurbanov: Azərbaycan möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı
Münasib Qurbanov: Azərbaycan möhtəşəm Zəfər qazanmaqla şanlı tarix yazdı
Çörəyin Süfrəyə Gələn Yolunda Məsuliyyət və Zəhmət – Məhərrəm Şəfiyev
Çörəyin Süfrəyə Gələn Yolunda Məsuliyyət və Zəhmət – Məhərrəm Şəfiyev
Tibb və təhsilin kəsişməsində yeni mərhələ – İlkin İsmayılov Qarabağ Universitetində
Tibb və təhsilin kəsişməsində yeni mərhələ – İlkin İsmayılov Qarabağ Universitetində