Azərbaycan İdeyası

Qəhrəmanlıq və şücaət təcəssümü

Tarix:3-10-2025, 12:30
Baxış Sayı:7

Qəhrəmanlıq və şücaət təcəssümü
Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşir. Cənubdan İran İslam Respublikası ilə, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayon öz adını rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürmüşdür.
Bu rayonunun tarixi çox qədimdir. Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Eyni zamanda bir sıra əcnəbi və yerli tarixçilərimiz öz əsərlərində bu ərazi haqqında qiymətli məlumatlar vermişlər. Rayon 8 avqust 1930-cu ildə təşkil edilsə də, 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşib, 17 iyun 1964-cü ildə isə yenidən yaradılmışdır. Təəssüflər olsun ki, Cəbrayıl şəhəri 1993-cü il 23 avqust tarixində yerli əhalinin və Zəngilandan gələn özünümüdafiə dəstələrinin müqavimətinə baxmayaraq Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl rayonu ümumilikdə 400 nəfərə yaxın şəhid vermişdir.
Ancaq 1994-cü ildə Azərbaycan ordusu üçün uğurla nəticələnən Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi azad edilsə də, Lələ təpə yüksəkliyi ermənilərin nəzarəti altında olduğu üçün kənddə yaşayış yalnız 2016-cı ilin aprelində Lələ təpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən sonra bərpa olunmuşdur. Əslində bu Qarabağa “böyük qayıdış” ın bir başlanğıcı idi.
Və nəhayət ki, 27 sentyabr 2020 ci il tarixində Azərbaycan ordusunun keçirdiyi əks hücum əməliyyatları nəticəsində Cəbrayıl rayonu rəşadətli Azərbaycan ordusu tərəfindən 4 oktyabr 2020-ci il tarixində işğaldan azad olundu. Bu sevincli xəbəri Azərbaycan xalqına Ali Baş Komandan İlham Əliyev verdi. Hər bir azərbaycanlı bu xəbərə çox sevinirdi. Vətən müharibəsi gedişində işğaldan azad olunan ilk rayon mərkəzi məhz Cəbrayıl idi. Hətta Cəbrayılı Vətən müharibəsinin ilk böyük qələbəsi də adlandırmaq olar. Biz bu qələbəni ən çoxda öz canını heçə sayan, bir an belə tərəddüd etmədən özünü düşmən gülləsinə sipər edən qəhrəmanlarımıza borcluyuq. Bəli Cəbrayılın işğaldan azad olunması əsil qəhrəmanlıq salnaməsi idi.
Məhz buna görə Azərbaycan Respublikasının “Cəbrayılın azad olunmasına görə” medalı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 26 noyabr tarixli sərəncamı ilə təsis edilmişdir. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və sücayət nümayiş etdirmiş Azərbaycan Respublikasının Silahlı qüvvələrinin bir çox hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cəbrayıl və digər işğaldan azad olunmuş rayonlarda sürətli olaraq quruculuq və abadlıq işləri aparılır. Cənab prezidentin bu məsələ daim diqqətindədir.
Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov