Azərbaycan İdeyası

BƏT-in Baş direktoru Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub -Fotolar

Tarix:14-04-2025, 14:46
Baxış Sayı:7

BƏT-in Baş direktoru Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olub -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Konfederasiya sədri Sahib Məmmədov Azərbaycan həmkarlar ittifaqları ilə BƏT arasında qarşılıqlı faydalı əlaqələrdən danışıb, ölkəmizdə təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ratifikasiya olunduğunu qeyd edib.

Bildirilib ki, Konfederasiya və BƏT əməkdaşlığı çərçivəsində Azərbaycanda əmək hüquqları ilə bağlı müxtəlif mövzularda konfrans, seminar və dəyirmi masalar təşkil olunub, proqramlar hazırlanıb, layihələr həyata keçirilib.

Azərbaycanda mövcud olan işgüzar mühiti, əmək hüquqlarının daha effektiv müdafiəsinə yaradılan əlverişli şəraiti diqqətə çatdıran Konfederasiya sədri ölkəmizdə əməyin mühafizəsi, ittifaq üzvlərinin iş şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində aparılan davamlı və sistemli tədbirlərdən bəhs edib.

Görüşdə həmçinin Azərbaycan həmkarlar ittifaqları sistemində həyata keçirilən islahatlar və tətbiq olunan yeniliklər, “AHİK Könüllüləri”, “Layiqli Əmək Səfirləri” və "AHİK Plus" layihələri, eləcə də “Kurort” Turizm İnformasiya Mərkəzi haqqında BƏT nümayəndələrinə ətraflı məlumat verilib.
Konfederasiya sədri əmək hüquqları, iqlim dəyişmələri və gender məsələləri ilə bağlı BƏT-lə bir sıra layihələrin nəzərdə tutulduğunu vurğulayıb.
BƏT-in Baş direktoru Jilber Hunqbo Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, rəhbəri olduğu təşkilatla AHİK-in səmərəli əməkdaşlığından, həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb, əlaqələrin səviyyəsini yüksək dəyərləndirib.
Jilber Hunqbo BƏT-in qərar və tövsiyələrinin həmkarlar ittifaqlarının effektiv fəaliyyəti üçün önəmini qeyd edib və bu məsələlərə

Konfederasiyanın daim həssas yanaşdığını bildirib.
Tərəflər əməkdaşlığın inkişafı istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdən sonra BƏT-in Baş direktoru Jilber Hunqbo və nümayəndə heyətinin üzvləri “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə, eləcə də yeni yaradılmış Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi ilə tanış olublar.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Müasir Yaşayış Layihələrinin Uğurlu Memarı
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Tahir müəllim: Qardaşlıq əlaqələrindən strateji müttəfiqliyə uzanan uğurlu əməkdaşlıq yolu
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Gülüşlərə Sağlamlıq, İnsanlara Etibar Bəxş Edən Həkim
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Rəşad Əhmədəliyev: Qardaşlıq bağlarından strateji müttəfiqliyə uzanan əməkdaşlıq modeli
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Əziz Əzizov: Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional əməkdaşlığın yeni inkişaf modelinə çevrilir
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Vasif Ağayev: Qardaşlıq münasibətlərindən strateji müttəfiqliyə aparan uğurlu yol
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Paytaxtın Müasir Simasını Formalaşdıran İdarəçilik Nümunəsi
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr
Rüfət Sucayev: Qardaşlıqdan strateji müttəfiqliyə uzanan yol - Azərbaycan–Qırğızıstan münasibətlərində yeni dövr