Azərbaycan İdeyası

Milli Məclisin deputatları ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında görüş olub -Fotolar

Tarix:8-04-2025, 09:41
Baxış Sayı:6

Milli Məclisin deputatları ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında görüş olub -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvləri ilə görüş keçirilib.
Görüşdə komitənin sədri Fazil Mustafa, sədr müavini Sahib Alıyev, üzvləri - Azər Allahverənov və Səbinə Salmanova, ekspert Əkbər Qoşalı, AHİK-in nümayəndələri iştirak ediblər.

Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün yaradılan əlverişli şəraitdən, dövlətimizin başçısı cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə AHİK-də aparılan struktur islahatları, həyata keçirilən layihələr, tətbiq olunan yeniliklər, Əmək və Sosial Münasibətlər Akademiyasında kadr hazırlığı üçün yaradılmış əlverişli şərait deputatların diqqətinə çatdırılıb. Bildirilib ki, yeni layihələrdən olan “AHİK Könüllüləri” uğurla davam etdirilir, “Layiqli Əmək Səfirləri” layihəsinə başlanılıb, yaxın vaxtlarda isə ittifaq üzvləri üçün xüsusi endirimlər nəzərdə tutan "AHİK Plus" proqramına start veriləcək. Qeyd olunub ki, yollayışların vahid mərkəzdən verilməsi üçün “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, prosedur sadələşdirilib, prosesin tam rəqəmsallaşdırılması işləri davam etdirilir.
AHİK-in 2025-2027-ci illər üzrə inkişaf strategiyasının təsdiqləndiyini vurğulayan Konfederasiya sədri beynəlxalq təcrübəyə və müasir çağırışlara uyğunlaşdırılması üçün həmkarlar ittifaqları ilə bağlı qanunvericiliyə dəyişikliklərin hazırlandığını qeyd edib.

Sonra AHİK-in fəaliyyəti və “Layiqli Əmək Səfirləri” layihəsi barədə videomateriallar nümayiş olunub.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Konfederasiyada həyata keçirilən islahatları yüksək qiymətləndirib.
Deputatlar - Sahib Alıyev, Azər Allahverənov və Səbinə Salmanova çıxışlarında əmək münasibətlərinin tənzimlənməsi, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında həmkarlar ittifaqlarının xidmətlərindən bəhs edib, qurumun işinə uğurlar arzulayıblar.

Sonra Milli Məclisin üzvləri AHİK-də vətəndaşların qəbulu üçün yaradılmış şəraitlə, həmçinin “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə tanış olublar.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov