Azərbaycan İdeyası

AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir -Fotolar

Tarix:19-03-2025, 11:03
Baxış Sayı:5

AHİK uşaqlar üçün Novruz şənlikləri təşkil edir -Fotolar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları ölkəmizin şəhər və rayonlarında uşaqlar üçün Novruz bayramı münasibətilə tədbirlər təşkil edir, azyaşlıları hədiyyələrlə sevindirir.

Tədbirlər baharın gəlişini öz yurdlarında qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib. Belə ki, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Xankəndi və Xocalıda təşkil olunan bayram tədbirlərində AHİK rəsmiləri məktəbliləri təbrik edib, onların doğma yurd-yuvalarında bayram keçirmələrinin qürurlu olduğunu vurğulayıblar.

Tədbirdə uşaqların inkişafı, hüquqlarının qorunması sahəsində görülən işlərdən, bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətindən bəhs olunub, onların əsl vətənpərvər kimi formalaşması üçün görülən işlər diqqətə çatdırılıb.

Novruz şənliklərində uşaqlar bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, tonqal ətrafında yallı gedib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər.

Tədbirlərdə AHİK tərəfindən uşaqlara bayram hədiyyələri paylanılıb.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov