Azərbaycan İdeyası

Eltun Süleymanov: "Artıq 4 ildir biz bir xalq olaraq Zəfər təntənəsi yaşayırıq"

Tarix:11-11-2024, 11:53
Baxış Sayı:2

Eltun Süleymanov: "Artıq 4 ildir biz bir xalq olaraq Zəfər təntənəsi yaşayırıq"

Qarabağın azadlığı uğrunda 44 günlük Vətən müharibəsi və onun Şuşanın fəthi ilə başa çatan Zəfər zirvəsi ötən 4 il ildə həmişə bizimlə olub. 3 il sonra Qarabağda gerçəkləşdirilmiş antiterror tədbirləri də həmin 44 günün nidası kimi qəbul edildi. Bir sözlə, 4 ildir ki, hər gün əvvəlki 30 ilin acısını əritməkdə olan Zəfərin şirinliyini dadmaqdayıq. 2020-ci il sentyabr ayının 27-də Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin yeni bir səhifəsi açıldı. Həmin gündən etibarən xalqımız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dəmir yumruğa çevrilərək Vətən müharibəsinə qalxdı, təxminən, 30 il davam edən erməni işğalına son qoyulması üçün azadlıq mübarizəsinə qoşuldu. Qərbin ermənipərəst dövlətləri və qüvvələri tərəfindən himayə olunan və onların siyasi, mənəvi və hərbi dəstəyi ilə ən adi beynəlxalq normaları ayaq altına alan erməni faşizminə müharibənin elə ilk günündə sarsıdıcı zərbə vuruldu. Ermənistan tərəfindən Azərbaycana qarşı 2020-ci il sentyabr ayının 27-də növbəti dəfə qəfil irimiqyaslı təcavüzə qərar verilsə də, əslində, bu təxribat gözlənilən idi. Çünki son iki ildə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı apardığı davakar və hədələyici siyasət bunu deməyə əsas verirdi. Azərbaycan torpaqlarının işğalının rəsmiləşdirilməsi və zorla qəbul etdirilməsi üçün Ermənistan rəhbərliyi hər cür təxribatlara əl atırdı. Ermənistan rəhbərliyi isə edilən xəbərdarlıqlara qulaq asmadı və 2020-ci il sentyabr ayının 27-də qarşıya qoyduğu məqsədə çatmaq üçün yenidən hərbi təxribat yolunu tutdu.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, artıq 4 ildir biz bir xalq olaraq Zəfər təntənəsi yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirakı isə bu qüruru və sevinci qat-qat artırdı. Bu həm də dövlətlə xalq sevincinin birgə təntənəsi kimi də dəyərli və unudulmaz oldu. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdı. Parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyuldu. Daha sonra dövlətimizin başçısı xalqa müraciət etdi. Cənab Prezident xalqa müraciətini təbriklə başlayıb, şəhidlərimizin ruhunu hörmətlə yad edib. “Bu gün Azərbaycan Zəfər bayramını qeyd edir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Hər birimiz üçün əziz bir gündə Vətən uğrunda öz canlarından keçmiş qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik”. Müsahibimiz tarixi bir gerçəklikdən də söz açıb. Bildirib ki, son 4 ilədək Azərbaycan tarixində elə bir sərkərdə, rəhbər olmayıb ki o itirilən torpaqları geri alsın, ərazi bütövlüyümüzü təmin etsin. Bu böyük və qəhrəmanlıq dolu missiyanı cənab Prezident, Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. Müdrikliyi, dərin düşüncəli, məntiqli siyasəti və ən nəhayət cəsarəti və qorxmazlığı ilə. Biz bir də ona görə xoşbəxt xalqıq ki, taleyimizə bu cür güclü rəhbər yazılıb. Bu gün cənab Prezidentin ailəsi ilə birlikdə Zəfər parkının açılışında iştirakı və xalqına müraciəti isə ikiqat qürurdur. Cənab Prezident müraciətində bir çox tarixi həqiqətlərə aydınlıq gətirdi və həmin gerçəklikləri bir daha səsləndirdi. “Qırx dörd gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni - Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Nəyi demək istəyirdilər Azərbaycan xalqına? Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Çünki onların planlarında məhz bu idi. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik”. Bəli, barşmadıq da. Torpaqlarımızı öz gücümüzlə, qüdrətli ordumuz, saysız-hesabsıbsız igidlərimizin qəhrəmanlığı və şəhidliyi ilə azad etdik. Şuşanın azad olması isə Qələbənin və Zəfərimizin zirvəsi oldu. Bu günün tarixdə əbədi yaşaması üçün görülən ən dəyərli işlərdən biri də Zəfər parkının yaradılması idi-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Sabah Azərbaycanda hava yağmursuz keçəcək - PROQNOZ
Sabah Azərbaycanda hava yağmursuz keçəcək - PROQNOZ
Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlanıb
Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlanıb
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
Prezident bir qrup idmançı və idman mütəxəssislərini təltif edib
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
Putinlə tez bir zamanda görüşmək istəyirəm - Tramp
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
İsrail bəyan etdi: Növbəti hücum hədəfimiz bu ölkədir
Prezidentdən Roma Papasına məktub
Prezidentdən Roma Papasına məktub
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu
Yanvarın 1-dən hansı torpaqlarda evlərin inşaasına icazə veriləcəyi məlum oldu