Azərbaycan İdeyası

Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi

Tarix:28-10-2024, 11:54
Baxış Sayı:5


Prezident İlham Əliyevin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış edib.Ölkə başçısı çıxışında dedi:
" Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib."
Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq . Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov