Azərbaycan İdeyası

Eltun Süleymanov: "Prezident Ilham Əliyev ən perspektivli platformada sözünü deyib"

Tarix:25-10-2024, 11:54
Baxış Sayı:5

Eltun Süleymanov: "Prezident Ilham Əliyev ən perspektivli platformada sözünü deyib"

Azərbaycanın BRİKS-də, mötəbər bir təşkilatda iştirakçılığı beynəlxalq münasibətlərə yanaşma prinsiplərinə çox uyğundur BRİKS artıq dünyanın qarşılıqlı fəaliyyət ehtiyacından yaranmış çox güclü beynəlxalq bir quruma çevrilir. Proqnoz və aparılan təhlillərə görə BRİKS yaxın vaxtlarda yeni iqtisadi nizamın və dünyanın müxtəlif ölkələri arasında iqtisadi əlaqələr sisteminin mühüm əlaqələndiricisi olacaq. Doğrudur, G7-dən fərqli olaraq, bu quruma üzv olan və üzv olmağa çalışan ölkələrin bir-birindən fərqli siyasi və iqtisadi modelləri var. Ancaq bu, qurumun qarşıya qoyduğu məqsədlərə çatmağa heç də mane olmur. Hazırda gündəmdə olan BRİKS+ platformasının perspektivləri çox müsbətdir.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Bugünədək dünyanın bir çox ölkəsi bu assosiasiyaya qoşulmaq və ya onunla fəal dialoq qurmaq arzusunu ifadə edib. Azərbaycan da bu ölkələr sırasınadır. Ölkəmizin təşkilata üzv olmaq niyyəti hələ Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti zamanı bəyan edilmişdi. Həmin zirvə görüşündə Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yaradılmasına dair birgə bəyannamə qəbul edilmişdi. Sənəddə qeyd olunmuşdu ki, Azərbaycan BRİKS-ə qoşulmaq arzusunu ifadə edir və Çin belə əməkdaşlığı alqışlayır. Azərbaycan hər zaman vurğulayıb ki, müdaxilə etməyən və qarşılıqlı fayda prinsiplərinə əməl edən dövlətlərarası assosiasiyaya qoşulmaqda maraqlıdır. Azərbaycanın siyasi elitası həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığa can atır və bunu müstəqil siyasətin əsas prinsipi hesab edir. Vacib olan məqamlardan biri ondan ibarətdir ki, BRİKS Qərbin şərtləri diktə etdiyi təşkilatlardan fərqli olaraq, iştirakçı ölkələrin suverenliyini məhdudlaşdırmır, əksinə, onlara yeni imkanlar verir.  Oktyabrın 24-də Kazan şəhərində 16-cı BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında cənab Prezidentin iştirakı və konkret çıxışı yenə gündəm oldu və siyasi yükünə, iqtisadi dəyərinə görə beynəlxalq aləmdə diqqəti yenidən Azərbaycana yönəltdi. Cənab Prezident dedi ki, “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.” Bu isə həm də o deməkdir ki, Azərbaycan yalnız dinc dünya üçün siyasət aparır və bütün ölkələrin iqtisadıyyatının güclü olmasının tərəfdarıdır-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
"Elməddin Cəfərov - Azərbaycan Səhnəsinin İlham Verən İncisi"
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Xalid Quliyev - Sumqayıt Sukanal İdarəsinin İnkişafına Həsr Olunmuş Lider
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Elşad Abdullayev: Milli Birlik və Qalib Lider - İlham Əliyevin Azərbaycan Xalqına Xidmət Yolu
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Məhərrəm Şəfiyev - Dövlətçiliyi və İctimai Fəaliyyəti ilə Tanınan İdarəçi
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Yasin Əlquliyev - 23 saylı Mənzil-Kommunal İstismar Sahəsinin Dövlətçiliyə Sadiq Lideri
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
Balakən Yol İstismarının Sadiq Mütəxəssisi - Nizami Sarıyev
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
İman, Vicdan və Xidmət Yolunda Bir Ruhani Ömrü
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov
Asayişin, Qanunun və İctimai Etimadın Ünvanı: Sabunçu Rayon Polis İdarəsinin Rəisi Cavid Muradov