Azərbaycan İdeyası

Eltun Süleymanov: "Böyük qayıdış Zəngilanla başladı"

Tarix:15-10-2024, 17:31
Baxış Sayı:3

Eltun Süleymanov: "Böyük qayıdış Zəngilanla başladı"

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu əks-hücuma keçdi. Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. 2020-ci il oktyabrın 20-də Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildi.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd tam bərpa oldu. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işləri uğurla həyata keçirilir. Qarabağa "Böyük Qayıdış" məhz Zəngilan rayonunun Ağalı kəndi ilə başladı. Belə ki, rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edildi. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur. Azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək. Bundan əlavə, rayon ərazisində hava limanı da inşa edilib. 2022-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimdə iştirak etmişdilər. İşğaldan azad olunmuş ərazilərdə istifadəyə verilən, Zəngəzur dəhlizinə inteqrasiya olunacaq, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək beynəlxalq statuslu Zəngilan hava limanı, dəmir yolu və avtomobil yolu nəinki rayonun, eyni zamanda bütün regionun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayacaq.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. İnsanlar sevinir. Zəfər tarixi ilə qürur duyur. Həsrətini çəkdiyi torpağın ətrini sinəyə çəkməkdən gözəl məlhəm nə ola bilər? Təbii ki heç nə. Bu gün zəngilanlılar Şəhid ruhuna, qəhrəman qazilərə, müzəffər ordumuza son dərəcə ehtiramını bildirir, minnətdarlıq edirlər. Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətini, cəsurluğunu isə xüsusi qiymətləndirir, liderləri ilə qürur duyurlar. Ötən il olduğu kimi zəngilanlılar bu il də şəhər gününü böyük coşqu, sevinc və xoş duyğularla yaşayacaq. Bu illərin həsrətlliləri üçün əsil toy-bayram olacaq-deyə Eltun Süleymanov söhbətini yenlaşdırıb.
Şəhər gününüz mübarək, əziz zəngilanlılar!

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Rəhim müəllim: İlham Əliyevin Sahibkarlara, Şəhid Ailələrinə və Xalqına Qayğısı: Ali Baş Komandanın Liderliyi və Dövlətçilik Missiyası
Rəhim müəllim: İlham Əliyevin Sahibkarlara, Şəhid Ailələrinə və Xalqına Qayğısı: Ali Baş Komandanın Liderliyi və Dövlətçilik Missiyası
Sosial yönümlü rəhbər, inkişafın dayağı – “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov
Sosial yönümlü rəhbər, inkişafın dayağı – “Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov
Peşəkarlığın və innovasiyanın vəhdəti – Megastore mağazalar şəbəkəsinin direktoru Eşqin İsmayıllı
Peşəkarlığın və innovasiyanın vəhdəti – Megastore mağazalar şəbəkəsinin direktoru Eşqin İsmayıllı
Müşfiq Tarverdiyev: Liderlik zirvəsi
Müşfiq Tarverdiyev: Liderlik zirvəsi
Füzuli Quliyev – Beyləqanın yol infrastrukturunun inkişafına rəhbərlik edən peşəkar
Füzuli Quliyev – Beyləqanın yol infrastrukturunun inkişafına rəhbərlik edən peşəkar
Arzu Bəndəliyev – Beyləqanın inkişafına töhfə verən fədakar rəhbər
Arzu Bəndəliyev – Beyləqanın inkişafına töhfə verən fədakar rəhbər
Asif müəllim – Beyləqanda sağlamlığın keşiyində duran dəyərli sima
Asif müəllim – Beyləqanda sağlamlığın keşiyində duran dəyərli sima
Aydın Həsənov – Aşağı Çəmənli kəndinin inkişafına ürəyini verən rəhbər
Aydın Həsənov – Aşağı Çəmənli kəndinin inkişafına ürəyini verən rəhbər