Azərbaycan İdeyası

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılacaq

Tarix:14-10-2025, 09:00
Baxış Sayı:9

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılacaq

“Hazırda tətbiq etdiyimiz “Rəqəmsal məktəb” platformasında yaxın gələcəkdə şagird və müəllimlərə dəstək məqsədilə iki süni intellekt agenti istifadəyə veriləcək”.

“Bu fikirləri Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “CBC Azərbaycan” kanalında yayımlanan “Davamlılıq və inkişaf" verilişində səsləndirib.

O bildirib ki, Elm və Təhsil Nazirliyinin bütün fəaliyyəti şagirdləri onların gələcək peşə fəaliyyətlərinə hazırlamağa yönəlib:

“Bu gün artıq elə bir sahə yoxdur ki, o sahəni, o cümlədən təhsili süni intellektsiz təsəvvür etmək mümkün olsun. Yaxın gələcəkdə süni intellekt bir çox peşələri əvəz edəcək. Əslində, bu işləri süni intellektin özü yox, onu mənimsəmiş insanlar görəcəklər. Ona görə də çox vacibdir ki, şagirdlərimiz və tələbələrimiz təhsilin müxtəlif pillələrində yeni texnologiyalardan, o cümlədən süni intellektdən istifadə etməyi bacarsınlar”.

İdarə rəisi qeyd edib ki, istifadəyə veriləcək süni intellekt agentində məzmun yalnız tədris məqsədləri üçün filtrasiya ediləcək:

“Süni intellekt agentləri öz funksiyasını anlayaraq şagirdlərə məktəbdə tam başa düşmədikləri və ya natamam mənimsədikləri mövzuları izah etmək üçün fəaliyyət göstərəcək. Digər süni intellekt agenti isə müəllimlərə kömək məqsədilə hazırlanır. İstəyirik ki, müəllimlər vaxtlarının daha çox hissəsini kağız üzərində hesabat və sənədləşmə işlərinə deyil, dərsin izahına, mövzunun tədrisinə sərf etsinlər. Buna görə də müəllimlərin apardığı çoxsaylı hesabat və sənədləşmə işləri avtomatlaşdırılacaq və bu agentin əsas vəzifəsi də müəllimlərə dəstək göstərmək olacaq”.

V. Xanlarov həmçinin söyləyib ki, valideynlər üçün də süni intellekt elementləri olan müxtəlif mobil həllər üzərində iş aparılır.(qafqazinfo)

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Polis polkovniki Fəqan Azadəliyevin xidmət yolunda yeni mərhələ – Məsuliyyətli vəzifə, böyük etimad
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Ağ xalatın şərəfini ucaldan, mərhəməti və fədakarlığı ilə könüllərdə iz qoyan Nargilə xanım
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Vüsal Eyvazov – Hərbi Təbabətin Şərəfini, Elmə Sədaqəti və İnsanlara Xidmət Amalını Yaşadan Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyə Sənətində Peşəkarlığı, Elmi Biliyi və İnsanlara Qayğısı ilə Seçilən Həkim
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Mərhəməti, Qayğıkeşliyi və Peşəsinə Sədaqəti ilə Seçilən Tibb İşçisi – Sevinc Qələndərova
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Təhsilə Sədaqət, Peşəkarlıq və Gənclərin Gələcəyinə Verilən Dəyər – Əsəd Qurbanov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Qarabağın Bərəkətli Gələcəyinə Xidmət Edən Rəhbər – Müşfiq Adıgözəlov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov
Elmə Sədaqəti, Ziyalılığı və Peşəkarlığı ilə Seçilən Görkəmli Alim – Professor Bəyali Ataşov