Azərbaycan İdeyası

İranda “Qafqaz əldən gedir...” İSTERİKASI

Tarix:9-01-2026, 14:22
Baxış Sayı:2

“Cənubi Qafqaz əvvəlkindən daha çox Avrasiyada geosiyasi tarazlıqların yenidən bölüşdürülməsi üçün əsas məkana çevrilir”.

Bu barədə İranın “Tasnim” xəbər agentliyində dərc olunmuş təhlil məqaləsində deyilir.

Agentlik yazır ki, son üç onillikdə regional və xarici oyunçular arasında vaxtaşırı rəqabət epizodlarına baxmayaraq, nəticədə nisbətən sabit, Rusiya mərkəzli bir nizam daxilində idarə olunan region indi yeni mərhələyə qədəm qoyur:

“Bu mərhələ təkcə Rusiyanın ənənəvi rolunun yenidən düşünülməsini deyil, həm də Qərbin - diplomatik, iqtisadi və təhlükəsizlik alətlərinə əsaslanaraq, bu sürətlə dəyişən məkanda mövcudluğunu möhkəmləndirmək üçün aktiv cəhdlərini göstərir”.

Məqalədə həmçinin, qeyd olunur ki, Cənubi Qafqazda dəyişən güc balansının əsas əlamətlərindən biri Rusiyanın bölgədəki sahə və əməliyyat təsirinin nəzərəçarpacaq dərəcədə azalmasıdır: “Postsovet dövründə təhlükəsizlik mexanizmlərinin əsas qarantı kimi xidmət edən Rusiya hazırda bu rolu yerinə yetirməkdə ciddi məhdudiyyətlərlə üzləşir”.

İranın Rusiyaya görə təşvişi nədən qaynaqlanır? Moskva Cənubi Qafqazı itirirmi?

"İran halqanın daraldığını müşahidə edir. Rejim öz müttəfiqlərinin zəifləməsini həm də öz əlinin zəifləməsi kimi dəyərləndirir. İran görür ki, Suriya əldən getdi, Venesuelada dost iqtidarın kəlləsi qoparıldı, ən əsas müttəfiq Rusiya isə müharibə bataqlığında itirə-itirə gedir".

Bu fikirləri Musavat.com-a professor Elxan Mirzəyev deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz İran üçün həyati əhəmiyyətlidir və regionda Rusiyanın varlığı elə onun mövcudluğu deməkdir:

"Hər ikisi Ermənistana təsir üzərindən regiona nəzarət etməyə çalışırdı. Lakin Paşinyan Ermənistanı himayə edənlərə bir şapalaq vurdu - yəni Zəngəzur dəhlizinin idarəetməsini ABŞ şirkətinə həvalə etdi. Bu da bölgədə Rusiya və İran üçün ciddi strateji itki deməkdir. Ona görə İran mediası isterika ilə yazır ki, Cənubi Qafqaz əldən gedir. Halbuki hər iki dövlətin normal əməkdaşlıq çərçivəsində bölgədə qalmaq imkanı var. Amma Tehran və Moskva köhnə yanaşmadan əl çəkmək istəmir".

Siyasi şərhçi Alim Nəsirovun sözlərinə görə, Rusiya və İran bir medalın iki üzüdür. Onun fikrincə, birinə zərbə dəyəndə "siam əkizi" kimi digəri də onu dərisində hiss edir:

"Əsəd rejimi devrilməklə hər ikisi Suriyada mövqeyini itirdi. Qarabağda işğalçıların məğlubiyyəti ilə Rusiya və İran bölgəyə təsirini xeyli itirdi. Maduro tutuldu və bu da eyni siyasi düşərgədən itki idi. Hər iki qonşumuz sanksiya altındadır və beləliklə, onları birləşdirən "dərd" eynidir. O baxımdan, İran narahatdır ki, Ukraynada nəticəsizlik Rusiyanı uçuruma aparacaq və cəhənnəmə gedən yoldaş özünə dost axtarır deyə Moskva Tehranı da dartıb özü ilə sürüyəcək".

Təhlilçi hesab edir ki, Ermənistan Avropa İttifaqı və ABŞ kimi rəqibləri bölgəyə gətirib, bu da İran və Rusiyanı narahat edir: "Bu səbəbdən, Zəngəzur dəhlizinə nəzarətin Rusiyada olmaması İran üçün də həyəcanvericidir. Əslində, İran bu koridora qarşıdır. Amma cənab Prezident Orta dəhlizin ikinci qolunu açıqladı və məlum oldu ki, Rusiya və İran üçün ciddi logistik üstünlük var. Ona görə də gərək qonşularımız təşvişə düşməsin".

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki