Azərbaycan İdeyası

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Tarix:12-12-2025, 10:00
Baxış Sayı:4

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda yerləşən Corc Vaşinqton Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə səfirliyin əməkdaşları, ABŞ-da səfərdə olan dövlət rəsmiləri, burada yaşayan azərbaycanlı icmanın üzvləri, eləcə də müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Mərasim Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim giriş nitqi ilə çıxış edərək diplomatik karyerasının ABŞ-da başladığını və Ümumilli Liderin iki ölkə arasında münasibətlərin dərinləşməsində gördüyü işlərə şahid olduğunu deyib. O, bildirib ki, Vaşinqtonda 8 avqust görüşündən sonra ikitərəfli əlaqələrdə növbəti mərhələ başlayıb. Bu əlaqələrin təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında Azərbaycanın bu ölkədəki ilk səfiri kimi o dövrdə gedən çətin siyasi proseslərdən və Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. O, Heydər Əliyevin 1994, 1997 və 1999-cu illərdə ABŞ-a səfərləri, səfərlərə hazırlıq prosesindən və Heydər Əliyevin ABŞ siyasətçilərində yaratdığı xoş təəssüratdan bəhs edib. Hafiz Paşayev bildirib ki, Ulu Öndər Vətənini sevən güclü diplomat idi və Azərbaycan diplomatiyasının bugünkü uğuru da o dövrdən başlayır.

Ardınca Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov çıxış edərək müstəqil olduqdan sonra Azərbaycanın bütün sahələrdə və xüsusilə energetika, neft-qaz sahələrində gördüyü işlərin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, mürəkkəb geosiyasi və geoiqtisadi vəziyyətdə və çətin regionda neft qaz layihələrinin həyata keçirilməsi asan iş deyildi. Nazir bildirib ki, Azərbaycanın inkişafında müstəsna rol oynayan neft müqavilələri ABŞ-la əməkdaşlıq çərçivəsində həyata keçirilib. Onun sözlərin görə, Ulu Öndər ABŞ-la münasibətlərə önəm verirdi və bunun sayəsində enerji sahəsində böyük beynəlxalq müqavilələr öz imzasını tapırdı və gerçəkləşdirilirdi.

Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov çıxışında deyib ki, Heydər Əliyevin siyasəti nəticəsində ABŞ-la münasibətlərin genişlənməsi Azərbaycan üçün Avropaya qapıları da açıb. O, bildirib ki, ABŞ-la əlaqələr, imzalanmış müqavilələr Ulu Öndərin ən böyük nailiyyətlərindən biri olub və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Deputat əlavə edib ki, Azərbaycanın bugünkü uğuru ölkə başçısının siyasəti və Ulu Öndərin fəlsəfəsi ilə bağlıdır.

Tədbirin sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanan və Ümummilli Lider Heydər Əliyevə həsr olunan “İz” sənədli filmi nümayiş etdirilib.

Sonda universitetin foyesində Ulu Öndərin ABŞ-a səfərləri və ikitərəfli görüşlərdə iştirakı ilə bağlı fotosərgi təqdim olunub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Rövşən İsmayılov: Heydər Əliyev İrsi – Zamanı aşan dövlətçilik düşüncəsi və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin İnkişafına Həsr Olunmuş Ömür Yolu – Pənah Babayevin Peşəkar Fəaliyyətinə Baxış
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Təhsilin inkişafına həsr olunmuş ömür: Nizami Qasımzadənin idarəçilik nümunəsi
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Yasamalın inkişafına yön verən idarəçilik nümunəsi – Tahir Məmmədovun fəaliyyəti
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Milli Gücün Səssiz Memarı və Armrestlinqdə Azərbaycanın Qürur Səsi – Cəsarət Əhmədov
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Beyin və Ümid Arasında Körpü Quran Həkim: Neyrocərrah Afər Allahverdiyev
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Rüfət Sucayev: Qazanılan qələbələr gələcək uğurlar üçün mühüm motivasiyadır
Ruslan Zöhrabov: Bir ömrün missiyası - Heydər Əliyev və Azərbaycanın güclü dövlətə çevrilmə hekayəsi
Ruslan Zöhrabov: Bir ömrün missiyası - Heydər Əliyev və Azərbaycanın güclü dövlətə çevrilmə hekayəsi