Azərbaycan İdeyası

Paşinyanın seçki rəqibindən şok hədə - Bakının B planı

Tarix:29-11-2025, 09:49
Baxış Sayı:3

Ermənistanın keçmiş ombudsmanı da revanşistlər kimi sülhə qarşı çıxdı - Azərbaycan bütün ssenarilərə hazırdır
Ermənistanın keçmiş ombudsmanı, az öncə “Birliyin  qanadları” adlı siyasi hərəkat yaradan Arman Tatoyan Azərbaycanla bağlı avantürist açıqlama verib. Qarşıdakı parlament seçkilərində qələbə iddiasında olan Tatoyan deyib ki, “Bakı ilə sülh sənədi imzalamağa hazırdır, amma yalnız İlham Əliyevdən sonra”. 

Bunu o, İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Gəlin baxaq görək, bu müqavilə bizə nə verir? ABŞ prezidenti ilə görüşdən dərhal sonra Əliyev ”Ermənistan konstitusiyanı dəyişdirməlidir" deyə bəyan edib. Halbuki sazişdə “tərəflər bir-birinin işlərinə qarışmamalıdırlar” qeydi var. Mən Azərbaycanın tələbi ilə konstitusiyanı dəyişdirməyəcəyəm", - deyən Tatoyan Bakının guya paraflanmış sənədə əməl etmədiyini iddia edərək sarsaqlayıb. 

Onun sözlərinə görə, “Tramp yolu” layihəsi sənədin özündən daha çox sülh müqaviləsidir. “Biz ABŞ kimi güclü bir dövlətin iştirakından öz xeyrimizə istifadə etməliyik. Amma Bakının tələblərinə cavab olaraq, Paşinyan ABŞ vasitəçiliyini tamamilə dağıdır. Amerikalı həmkarlarımız bilməlidirlər ki, Paşinyan onların vasitəçilik səylərini puça çıxarır”, - deyə ölkəmizə vaxtaşırı şər-böhtan atması ilə tanınan keçmiş omdusman əlavə edib. 

Belə bir sərsəm açıqlama əslində elə o anlama gəlir ki, Tatoyan ya vəlvələdən, ya zəlzələdən baş nazir olarsa, sülh müqaviləsi imzalanmayacaq. Yaxud qeyri-müəyyən müddətə təxirə salınacaq. Deməli, Azərbaycanla yeni konfrontasiya riski qalacaq və artacaq. Çünki Rusiya da bunda maraqlı olacaq. 

Təəssüf ki, qonşu ölkədə Tatoyan düşüncəsində olanlar az deyil. Hərçənd bu zat özünün və yaratdığı siyasi hərəkatın həm hakimiyyətə, həm də ənənəvi müxalifətə qarşı olduğunu bəyan edib. Həmçinin deyib ki, Paşinyanla keçmiş prezidentlər arasındakı qarşıdurmaya əsaslanan hazırkı siyasi sistemi dağıtmaq lazımdır. Bunun üçün o, eks-prezidentləri “hökumətin alətinə çevrilməmək üçün seçkilərdə iştirakdan çəkinməyə” çağırıb. O, habelə 5 ilə “düşmənlə” (Azərbaycanı nəzərdə tutur - red.) tarazlığa nail olacağına söz verib. “Yalnız güclü ölkə sülhü və ədaləti təmin edə bilər” bildirib. 

Göründüyü kimi, onun Azərbaycanla bağlı mövqeyi radikal-revanşistlərinkindən ciddi fərqlənmir. Tatoyanın gözündə “ədalətin” və “tarazlığın” nədən ibarət olduğunu anlamaq üçün isə dərin savad yiyəsi olmağa lüzum yoxdur.

Bu qəbildən iddiaçıların seçkilərdə uğur qazanmaq şansı varmı? “Şər deməsən, xeyir gəlməz”, Bakının fors-major vəziyyətlər üçün hansısa “B planı” mövcuddurmu? 

Professor Qabil Hüseynli hesab edir ki, Tatoyan 44 günlük müharibədən hamıya “tanışdır” və onun kimi qorxaqların indi yekəxanalığı ikrah hissi doğurur. Q. Hüseynli Ermənistanda bu qüvvələrin hakimiyyətə qayıdışını gözləmir: “Eçmiədzin seçkiləri göstərdi ki, Paşinyan kilsənin təsiri olan yerdə belə qalib gəlməyi bacardı. Tatoyan isə Paşinyan hakimiyyəti dövründə qısa müddət vəzifə tutub və revanşistlər də onu qəbul etmirlər. Ona görə bu qəbildən sərsəm çıxışlar onların əsl simasını bir daha üzə çıxarır. Yəni onların özlərini rüsvay etməsindən başqa heç bir təsiri yoxdur. Sadəcə, bu mövqedən çıxış edənlər ifşa olunurlar. Erməni cəmiyyəti də şahiddir ki, bu adamlar iqtidarda olsa, ölkəni uçuruma aparacaq. Hazırda sülh prosesi gedir, sərhəddə toqquşmalar yoxdur, erməni anaları görür ki, övladları münaqişə zamanı həlak olmurlar, bundan daha yaxşı nə ola bilər? Tatoyan kimi səviyyəsiz adamlar isə xalqı müharibəyə çağırır. Halbuki insan haqlarının guya müdafiəçisi olub, amma insanlıq və sülh əleyhinə danışır”.

Q.Hüseynli bildirib ki, Tatoyan və digərləri bundan sonra hakimiyyət görməyəcək və pafos dolu bəyanatları da cəmiyyətdə hörmət qazandırmır.

Siyasi təhlilçi Ramiyə Məmmədova isə Ermənistanda Paşinyan əleyhdarlarının gücünün olmadığını müşahidə edir: “Seçki yaxınlaşdıqca xalqa belə xitablar çox olacaq. Bu qruplar iqtidarın devrilməsi üçün revanşist fikirlər səsləndirir. Amma anlamırlar ki, Ermənistanı Azərbaycanla müharibəyə hazırlaya bilməzlər. Onlar hansı ordu və silahla döyüşəcək? Ona görə də belə bəyanatlar cəmiyyəti tərpətməyə hesablanıb, amma ermənilərin 44 gündə aldığı zərbə onlara dərs olub. Təbii ki, seçki ərəfəsində gərginlik artacaq və Paşinyana qarşı ciddi təzyiqlər olacaq. Amma kritik seçkidən qalib çıxan tərəf hazırkı iqtidar olacaq. Tatoyan isə siyasi meyitdir və onun fəaliyyəti ermənilərin diqqətini cəlb etmir. Fikrimcə, bu qüvvələrin vahid şəkildə mübarizəsi də mümkün deyil. Müxalifət bölünmüş vəziyyətdədir və xalq ruspərəst qüvvələri hakimiyyətə qaytarmaq istəmir. Çünki onlar sülh prosesini pozacaqlar. Azərbaycan isə bütün ssenarilərə hazırdır. Əgər revanşistlər hakimiyyətə gələrsə, sülh danışıqlarında pauza yaranacaq. Biz isə ərazi bütövlüyümüzü bərpa etmişik və qoy erməni tərəf hansının daha faydalı olduğuna qərar versin. Onlar sülh düşmənlərini hakimiyyətə gətirməklə Ermənistana qəbir qazmış olacaqlar. Paşinyan isə xalqına sülh və qonşularla normal münasibət təklif edir”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Milli Birliyin və İnkişafın Nümunəsi – Malik Mirzəyevdən Novruz və Ramazan Bayramı Təbriki
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Vaqif Müslümovdan Novruz və Ramazan Bayramı Təbriki: Dövlətçiliyə, İnkişafa və Həyatın Yenidən Canlanmasına Sadiqlik
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
Novruz və Ramazan Bayramlarının Mübarək Qovuşması – Anar Vəliyevdən Səmimi Təbrik və Tərif
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
“Elşad Quliyevdən Novruz və Ramazan Bayramı Təbriki: Təhsil, Dövlətçiliyə Sadiqlik və Qazaxda Yenidən Canlanan Həyat”
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Mingəçevir Şəhər Polis Şöbəsinin Rəisi Ədalət Əliyevdən Novruz və Ramazan Bayramı Təbriki
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Şəhər Nəqliyyatında Liderlik və Bayram Sevinci – Xaliq Faiqoğlu MMC-nin Baş Direktoru Faiq Seyidovdan Səmimi Təbrik
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
Yasamalın İnkişaf Ruhu və Dövlətçiliyə Sadiqlik – Hüseyn Əfəndiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki
İnsan Həyatına Həssas Yanaşma və Peşəkarlığın Zirvəsi – Dr. Afər Allahverdiyevdən Novruz və Ramazan Bayramı Təbriki