Azərbaycan İdeyası

İlkin Müəllim: Birlik, əməkdaşlıq, tərəqqi – Türk dünyasının yeni hədəfləri

Tarix:9-10-2025, 23:06
Baxış Sayı:37

Avrasiyanın yeni iqtisadi güc mərkəzi: Türk Dövlətləri Təşkilatı - Şərh

Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının birliyi və gələcəyi naminə mühüm bir mərhələ oldu. Bu Zirvə təkcə siyasi toplantı deyil, eyni zamanda ortaq tarixə, mədəniyyətə və milli kimliyə söykənən güclü həmrəyliyin təzahürü idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Zirvə Görüşündəki çıxışı isə Türk dünyasının gələcəyinə strateji baxışı ortaya qoymaqla yanaşı, ölkəmizin bu birlikdəki lider mövqeyini bir daha təsdiqlədi.

Prezident İlham Əliyev çıxışında Türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsinin, qarşılıqlı siyasi etimadın gücləndirilməsinin, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusi vurğuladı. Dövlət başçısının mesajları, Türk dünyasının gələcək inkişaf trayektoriyasını müəyyən edən, real təkliflərə və aydın vizyona əsaslanan çıxış idi.

Azərbaycan hər zaman Türk Dövlətləri Təşkilatının fəal üzvü olub və bu birliyin daha da möhkəmlənməsi üçün ardıcıl və prinsipial siyasət yürüdür. Zirvə Görüşündə Prezident İlham Əliyevin verdiyi mühüm bəyanatlar Türk dövlətlərinin inteqrasiya proseslərini sürətləndirəcək.

Cənab Prezidentin çıxışında toxunduğu əsas məsələlərdən biri də Türk dünyasının beynəlxalq aləmdə daha fəal, daha güclü və daha çevik siyasi birlik kimi çıxış etməsi idi. Bu istiqamətdə Azərbaycanın təşəbbüsləri və çağırışları digər üzv dövlətlər tərəfindən də yüksək qiymətləndirildi.

Prezident İlham Əliyev ötən il Şuşada qəbul olunmuş Qarabağ Bəyannaməsinə istinad etməklə, bu sənədin Türk dövlətlərinin təhlükəsizlik və əməkdaşlıq baxımından ortaq maraqlarını əks etdirdiyini bir daha gündəmə gətirdi. Qarabağda əldə olunan qələbə və regionun tam suverenliyinin təmin olunması Azərbaycanın milli maraqları ilə yanaşı, Türk dünyasının strateji mövqelərini də möhkəmləndirir. Təhlükəsizliyin təminində Türk dövlətlərinin vahid mövqedən çıxış etməsi, ortaq müdafiə və informasiya siyasətlərinin gücləndirilməsi vacibdir. Prezident İlham Əliyevin bu yöndə çağırışları Türk dünyasının qlobal miqyasda güc mərkəzinə çevrilməsi üçün ideoloji və strateji əsas yaradır.

Qəbələdə keçirilən bu Zirvə Görüşü bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq regional deyil, qlobal miqyasda söz sahibi olan mühüm güc mərkəzinə çevrilməkdədir. Azərbaycan bu prosesin önündə dayanır və Prezident İlham Əliyevin strateji liderliyi ilə bu yol davam etdirilir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov