Azərbaycan İdeyası

Elnur müəllim: Azərbaycanın xarici siyasət strategiyası milli maraqlara əsaslanır

Tarix:7-10-2025, 14:59
Baxış Sayı:47

Prezident Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib

Strateji tərəfdaşlığa və dostluğa söykənən Azərbaycan - İtaliya əlaqələri ölkəmizin müstəqilliyinin bərpasının ilk illərinə təsadüf edir. Belə ki, 1992-ci ilin əvvəllərində İtaliya Azərbaycanın müstəqilliyini tanımış, həmin il ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur. İtaliya hökumətinin Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis etməsi ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsidir. 1997-ci ildə Azərbaycanda İtaliyanın səfirliyi yaradılıb, həmin ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İtaliyaya rəsmi səfər edib.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə 2004-cü ildən Prezident İlham Əliyevin səyləri sayəsində uğurla davam etdirilir. Dövlətimizin başçısının 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Böyük uğurla baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Bundan sonra Prezident İlham Əliyev 2022-ci və 2024-cü illərdə dost ölkədə səfərlərdə olub. Bu səfərlər çərçivəsində Romada Azərbaycanın səfirliyinin yeni binası açılıb, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib və digər mühüm sənədlər imzalanıb. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur.

Dəfələrlə ölkələrimizin nümayəndə heyətləri, hökümət rəhbərləri ardıcıl və davamlı görüşlər keçirib. Azərbaycan və İtaliya dövlətləri arasında siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İlk strateji tərəfdaşlıq sənəd 2015-ci ildə, ikinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb.

Qarşılıqlı inama əsaslanan səmimi münasibətlər sayəsində iki ölkə arasında iqtisadi, energetika sahələrində bir çox önəmli layihələr icra edilib. TAP layihəsinin uğurla icra edilməsi nəticəsində Zəngin mədəniyyətə, böyük dövlətçilik ənənələrinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan İtaliyaya 2020-ci ildən başlayaraq Azərbaycan qazı ixrac edilir. Uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyən iki dost ölkənin əməkdaşlığı həm güclü tərəfdaşlıqdan xəbər verir.

İtaliya Prezidenti Sercio Mattarellanın sentyabrın 30-da Azərbaycana rəsmi səfəri çərçivəsində dövlət başçılarının mətbuata verdikləri bəyanatlar bir daha təsdiq edir ki, Azərbaycan–İtaliya əlaqələri yalnız ikitərəfli formatla məhdudlaşmır, həm də regional və qlobal əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq xəttinə çevrilib. Prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirlməsində maraqlı olduqlarına bir daha xüsusi diqqət çəkiblər.

Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində yaxşı əməkdaşlıq mövcuddur. Təhsil sahəsində əməkdaşlıq Azərbaycan və İtaliya arasında tərəfdaşlığın mühüm tərkib hissəsidir. Bu gün iki dost ölkə arasında bu sahədə əlaqələr uğurla inkişaf edir. Belə ki, mətbuata bəyanatında Prezident İlham Əliyev iki ölkə arasında genişlənən humanitar əlaqələrin önəmini xüsusi vurğulayıb: “Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək”.

İtaliya - Azərbaycan əlaqələri digər ölkələri üçün də bir nümunə modelidir. Hər iki dost ölkələrin əlaqələri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və regionumuz sabitliyi üçün böyük töhfələr verəcək.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu halda pulunuzu bankdan təcili çıxarın - Açıqlama
Bu halda pulunuzu bankdan təcili çıxarın - Açıqlama
"Mossad" Xamenei ilə bağlı şok məlumat yaydı – Ancaq yatır...
"Mossad" Xamenei  ilə bağlı şok məlumat yaydı  – Ancaq yatır...
Tokayev Azərbaycan Prezidentinə qazax milli geyimini hədiyyə edib - VİDEO
Tokayev Azərbaycan Prezidentinə qazax milli geyimini hədiyyə edib - VİDEO
Tramp Ağ Evi SÖKÜR - Yerində görün nə TİKİLƏCƏK
Tramp Ağ Evi SÖKÜR - Yerində görün nə TİKİLƏCƏK
İlham Əliyev: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb"
İlham Əliyev: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb"
Azərbaycanlı reper müharibədə həlak oldu - Foto
Azərbaycanlı reper müharibədə həlak oldu - Foto
“Biz bu dəstəyi həmişə hiss etmişik” - Yenilənib
“Biz bu dəstəyi həmişə hiss etmişik” - Yenilənib
“Azərbaycanla Ermənistan arasında sülh dövrü başlayıb”
“Azərbaycanla Ermənistan arasında sülh dövrü başlayıb”