Azərbaycan İdeyası

Zəngəzur dəhlizi Ermənistanı qapalı iqtisadiyyatdan tranzit ölkəyə çevirə bilər - Açıqlama

Tarix:3-10-2025, 16:00
Baxış Sayı:2

Zəngəzur dəhlizi Ermənistanı qapalı iqtisadiyyatdan tranzit ölkəyə çevirə bilər - Açıqlama


“Ermənistanın son vaxtlar sülh və kommunikasiya xətlərinin, xüsusilə də Zəngəzurdan keçəcək Tramp marşrutunun açılması ilə bağlı ardıcıl bəyanatlar verməsi əslində ölkənin iqtisadi durumu və maraqları ilə sıx bağlıdır. Bu marşrutun fəaliyyətə başlaması Ermənistan üçün bir neçə mühüm fayda yaradır”.

Bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat  bildirib ki, ilk növbədə, Ermənistan uzun illər apardığı işğalçılıq siyasəti nəticəsində regional kommunikasiya və tranzit dəhlizlərindən kənarda qalıb: “Yeni marşrut isə ölkəyə həm Avropa, həm də Asiya bazarlarına birbaşa çıxış imkanı verəcək. Bu, mövcud ticarət yollarının diversifikasiyası deməkdir və Ermənistanın yalnız Gürcüstan və Rusiya vasitəsilə dünyaya bağlanmaq məcburiyyətini aradan qaldıracaq.

İkinci mühüm məqam, ticarət və ixrac imkanlarının genişlənməsidir. Xüsusilə kənd təsərrüfatı, ağır və yüngül sənaye məhsulları üçün Azərbaycan, Türkiyə, Avropa və Orta Asiya bazarlarına ucuz çıxış asanlaşacaq. Nəqliyyat xərclərinin azalması məhsulların rəqabət qabiliyyətini artıra və ixrac potensialını gücləndirə bilər.

Üçüncü olaraq, açıq kommunikasiya xətləri Ermənistanı regionda qapalı iqtisadiyyatdan tranzit ölkəyə çevirə bilər. Bu isə logistika, anbar, nəqliyyat xidmətləri və hətta turizm sahəsinə yeni xarici investisiyaların gəlməsi üçün şərait yarada bilər”.

Deputat qeyd edib ki, bundan əlavə, Ermənistanın enerji və kommunikasiya baxımından regional layihələrə qoşulmaq imkanı yaranacaq: “Azərbaycan və Türkiyə vasitəsilə enerji dəhlizlərinə, gələcəkdə isə bəlkə də yaşıl enerji marşrutlarına qoşulmaq ikkanı Ermənistanın hazırda məhdud enerji təhlükəsizliyini gücləndirə bilər.
Nəhayət, tranzit ölkə statusu Ermənistan üçün əlavə büdcə gəlirləri deməkdir. Gömrük və tranzit rüsumlarından əldə olunacaq vəsait, həmçinin logistika və xidmət sektorunda yaranacaq yeni iş yerləri ölkə iqtisadiyyatına sosial baxımdan da müsbət təsir göstərəcək.
Yekun olaraq, İrəvanın bu marşrutun tez bir zamanda açılmasına maraq göstərməsi təbiidir. Çünki Ermənistan üçün bu, uzun illərin blokadasından çıxış, Azərbaycanın liderliyi ilə reallaşan regional iqtisadi sistemə inteqrasiya və dayanıqlı inkişaf üçün yeni dividentlər əldə etmək imkanıdır”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov