Azərbaycan İdeyası

Deputatdan təklif: “Şəhidlər Xiyabanı haqqında” qanun hazırlansın və “Zəfər Günü” təsis edilsin

Tarix:30-09-2025, 12:48
Baxış Sayı:4

Deputatdan təklif: “Şəhidlər Xiyabanı haqqında” qanun hazırlansın və “Zəfər Günü” təsis edilsin

Azərbaycanda “Şəhidlər Xiyabanı haqqında” qanun qəbul olunmasını təklif edirəm.

Belə bir təkliflə deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Xalqımız Şəhidlər Xiyabanını sadəcə məzarlıq və kütləvi dəfn yeri deyil, qəhrəmanlığın ünvanı, milli kimliyin pasportu hesab edir. Xiyabanlar Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin uyuduğu, milli-mənəvi kimliyi təcəssüm etdirən və dövlət tərəfindən xüsusi qorunan xatirə məkanıdır.

Tətil dövründə Şəhidlər Xiyabanında üç əcnəbinin qeyri-etik davranışı, eləcə də illərdir bəzi işğalçı partiyaların təmsilçilərinin milli yaddaş məkanlarını siyasi mübarizə meydanına çevirməsi belə bir qanunun qəbulunu zəruri edir. Xiyabanların hüquqi statusunun müəyyənləşməsi, Milli Qəhrəmanların dəfn olunduğu məkanlar, abidələr və memorial komplekslər, həmçinin “milli yaddaş məkanı” statusu daşıyan yerlər haqqında yeni hüquqi akt Vətən müharibəsində Qələbəmizin də əbədiləşdirilməsinə töhfə verə bilər”, – deputat qeyd edib.

Deputat əlavə edib ki, qanun şəhidlərin xatirəsinin qorunması, ictimai davranış qaydaları, memarlıq və abadlıq tələbləri, ziyarət mədəniyyəti və protokolları, elektron bələdçilik və təhlükəsizlik tədbirlərini əhatə edə bilər:

“Ali Baş Komandan şəhidlərimizə Şuşa kimi müqəddəs yanaşır. Lakin təəssüf ki, Şəhidlər Xiyabanı kimi milli yaddaş məkanlarını siyasi tribunaya çevirən, onu mitinq meydanına döndərən, hakimiyyət əleyhinə xalqın emosiyalarını və şəhidlərin xatirəsini istismar edən qüvvələr var. Halbuki şəhidlərin siyasi mübarizəyə alət edilməsi təkcə etik məsələ deyil, həm də milli təhlükəsizlik məsələsidir.

Qanun bu məkanın toxunulmazlığını təmin etmək, milli həmrəyliyi qorumaq, etik çərçivələri və dəyərlər üzərində vəhdəti gücləndirmək üçün tam zəruridir. Əgər Xiyabanlar haqqında qanun olsaydı, xalqın ruhən birləşdiyi məkanlar siyasi parçalanmaya alət edilməzdi. Qanun həmçinin xüsusi günlərdə ziyarətləri protokollaşdırmağa, milli-mənəvi yaddaşın canlı saxlanmasına da kömək edərdi”.

Deputat eyni zamanda “Zəfər Günü”nün təsis edilməsini də təklif edib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov