Azərbaycan İdeyası

Tramp Bakı və Ankaranı seçəcək - Hərbi müdaxilə ehtimalı...

Tarix:7-02-2025, 16:00
Baxış Sayı:2

Tramp Bakı və Ankaranı seçəcək - Hərbi müdaxilə ehtimalı...

Yaxın perspektivdə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyatların olacağı az ehtimal olunan məsələdir, lakin Bakının sülh razılaşması əldə etmək üçün İrəvəna hərbi-psixoloji təzyiqi davam edəcək.

Bunu "Stratfor" mərkəzinin analitiki Metyi Orr deyib.

Analitikin fikrincə, Bakı hazırkı məqamda İrəvana şərtlərini diktə etmək və ya Zəngəzur dəhlizini açmaq üçün hərbi əməliyyatları zəruri saymır və buna ehtiyac da görmür: "Çünki Bakının şərtlərini İrəvana qəbul etdirmək üçün siyasi-iqtisadi-hərbi cəhətdən yetərincə digər mexanizmləri mövcuddur və bu imkanlardan da istifadə edir. Bakı sadəcə razılaşmanı əldə etmək, Zəngəzur dəhlizini açmaq üçün hərbi-psixoloji faktorundan istifadə edir. Ancaq əsas niyyəti hərbi əməliyyatlar keçirmək deyil", - o qeyd edib.

Bununla belə, "Stratfor"un eksperti bildirib ki, sülh razılaşmasının tezliklə əldə olunacağına da ümid etmək olmaz.
Zəngəzur dəhlizinin açılması ilə məsələyə gəldikdə ekspert deyib ki, bu məsələdə hər hansı kompromis əldə oluna bilər: "Əgər kompromis yolu ilə məsələ həllini tapa bilməzsə, o zaman hərbi əməliyyatları ehtimal etmək olar. Bu da yaxın perspektivdə görünmür. Ancaq Bakı hələ də təzyiq yolu ilə kompromisin əldə olunacağına inanır. Ona görə də  güc yolu ilə məsələni həll etmək istəmir".

Tramp hakimiyyəti dövründə ABŞ-Ermənistan, ABŞ-Azərbaycan-Türkiyə münasibətlərinə toxunan ekspert deyib ki, Tramp Yaxın Şərqdə, Cənubi Qafqaz və Mərkəzi Asiyada maraqlarını təmin etmək üçün Bakı və Ankaraya üstünlük verəcək. "ABŞ-nin Ermənistanla strataji tərəfdaşlıq sənədi olsa da, Ağ Ev Bakı və Ankaranı seçib Azərbaycanla Türkiyəyə "stavka" edəcək. Tramp bu yolla İranı bölgədə sıxışdırmağa çalışacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın son Vaşinqton səfəri də aydın şəkildə sübut etdi. Hətta Zəngəzur dəhlizinin açılması ilə bağlı müahribə ehtimalı reallaşarsa, Tramp hakimiyyəti prosesə elə də ciddi müdaxilə etməyəcək. Bu səbəbdən də Paşinyan Vaşinqtonda verdiyi bəyanatlarda Bakı və Ankara maraqlarına uyğun bəyanatlar verməklə mesajını Ağ Ev rəhbərliyinə çatdırmağa çalışdı", - ekspert qeyd edib.

O eyni zamanda əlavə edib ki, Tramp hakimiyyəti Türkiyəni bölgədə stabilləşdirici və nizam-intizam yaradacaq bir güc kimi görür.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Qaradağ rayonunda sosial-iqtisadi inkişafın və vətəndaş məmnuniyyətinin təminatçılarından biri – Abbasağa Babayev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
Aqrar sahənin inkişafına töhfə verən nümunəvi rəhbər – Mustafa Əliyev
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
İnsan sağlamlığına xidmət etməyi həyat amalına çevirən həkim və ziyalı – Abbas Bağırov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Mənəvi dəyərlərin təbliğinə ömrünü həsr edən din xadimi – Hacı Rauf Sərdarov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Gənclərin gələcəyinə yol açan təhsil rəhbəri – Azad Dibirov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Qanunun aliliyinə və dövlətə sədaqətlə xidmət edən nüfuzlu polis rəhbəri – Bəkir Cabbarov
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Tikinti sahəsində etibarın və keyfiyyətin ünvanına çevrilən Ədalət müəllim
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov
Qaradağın inkişafına töhfə verən məsuliyyətli idarəçilik nümunəsi – Namizəd İsmayılov