Azərbaycan İdeyası

Hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldıldı - Prezident təsdiqlədi

Tarix:29-12-2024, 17:44
Baxış Sayı:1

Hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldıldı - Prezident təsdiqlədi

Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb.

Bununla bağlı İlham Əliyev Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunlarında dəyişikliyi təsdiqləyib.

Belə ki, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

Xatırladaq ki, bu günə qədər həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir.

Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.

Bununla bərabər, çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.

Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu mesajlar məhdudlaşdırılacaq - “WhatsApp”dan yenilik
Bu mesajlar məhdudlaşdırılacaq - “WhatsApp”dan yenilik
Öz ərizəsi ilə işdən çıxmışdı, cinayət məsuliyyətinə cəlb edildi
Öz ərizəsi ilə işdən çıxmışdı, cinayət məsuliyyətinə cəlb edildi
“Qarabağ” “Atletik Bilbao”ya qarşı
“Qarabağ” “Atletik Bilbao”ya qarşı
HƏMAS daha iki girovun meyitinin qalıqlarını təhvil verib
HƏMAS daha iki girovun meyitinin qalıqlarını təhvil verib
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən beş il ötür
“Hetq” jurnalistləri “Paşinyanın gizli qrupuna” sızdı – hakim partiyanın daxili yazışmaları ifşa olundu
“Hetq” jurnalistləri “Paşinyanın gizli qrupuna” sızdı – hakim partiyanın daxili yazışmaları ifşa olundu
Bu halda pulunuzu bankdan təcili çıxarın - Açıqlama
Bu halda pulunuzu bankdan təcili çıxarın - Açıqlama
"Mossad" Xamenei ilə bağlı şok məlumat yaydı – Ancaq yatır...
"Mossad" Xamenei  ilə bağlı şok məlumat yaydı  – Ancaq yatır...